Cəmiyyətİdman

“Qarabağ” Nərimanın durumunu açıqladı – Zədəsi ciddidir

Azərbaycan millisinin düşərgəsində zədə alan və bu səbəbdən heyətdən çıxarılan Nəriman Axundzadənin durumu müəyyənləşib.

Bu haqda  “Qarabağ” klubunun mətbuat xidmətindən məlumat verilib. Tibbi müayinədən sonra futbolçunun zədəsinin ciddi olduğu üzə çıxıb. Onun baldır nahiyəsində dartılma qeydə alınıb.

Bu səbəbdən 21 yaşlı futbolçunun azı 3-4 həftə yaşıl meydandan kənarda qalacağı bildirilib.

Bu o deməkdir ki, N.Axundzadə millinin sentyabrın 9-da Ukrayna ilə matçı ilə yanaşı “Qarabağ”ın Çempionlar Liqasında ən azı “Benfika” ilə ilk oyununu, eləcə də Misli Premyer Liqasında qarşıdakı minimum 3 görüşünü buraxmalı olacaq. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Veysəloğlu” şirkəti kimindir: Aydın, yoxsa Vasif Talıbovun..?

admin

Nazim Süleymanov vəzifəsindən azad olundu

redaktor

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı – VİDEO

redaktor