Bu gecə (07.09.25) Rusiya ordusu Ukraynaya növbəti dəfə kütləvi hücum həyata keçirib. Bir sıra şəhərlər, Kiyev, Odessa, Dnepr, Krivoy Roq və digərləri kəskin atəşə tutulmuş. Kiyevdə ilk dəfə olaraq, hökumət binası vurulub və yuxarı mərtəbələrdə yanğın olub, hələ də söndürülür. Kremlin ölkə boyu törətdiyi geniş zərbə aktları nəticəsində xeyli dağıntı və insan tələfatı olub.
Düşünürsən dərin və geniş ki, hər gün davam edən bu cür atəş, yanğın, qırğın qiyamətin adı nədir? Terrordurmu? Deyil. Terror, qorxu hissi, çaşqınlıq yaratmaqla qisas ya da xəbərdarlıq məqsədli qəfləti hücumdür, edilir, çəkilir gedir. Daha davamlı, gecə-gündüz, açıqca etdirilmir.
Xüsusi əməliyyatdırmı, Kremlin adını qoyduğu? Deyil. Xüsusi əməliyyat lokal, dar sahədə nəyi, ya kimisə zərərsizləşdirmək üçün qısa zaman kəsiyi güc tətbiqilə olan xüsusi addımdır. Atılır, bitir və çəkilir gedir. Bəs, müharibədirmi? Deyil.
Müharibə iki ölkənin qarşılıqlı hərbi cavablarla vuruşmasıdır. Yəni, Rusiya uzaqvuran, ballistik raketlərlə Ukraynanın hökümət binasını vurub, dağıda bilirsə, Ukrayna da öz, bü tip raketlərilə Rusiyanın Putin oturduğu Kreml binasını vurur.
Bəs, bu dava-qırğının adı nədir? Bunun adı bax o, dava sözünü çıxsaq, vəhşi qırğındır, birtərəfli. Rusiya İrandan, Çindən, Şimali Koreyadan və s. istədiyi silahı, silah istehsalı avadanlığını, canlı əsgər yardımını alıb istifadə edir, üstəlik, nüvə silahı ilə də qorxuzur Ukraynanı ki, artıq addım atma, qoy mən atım, yoxsa səni məhv edərəm!
Ukraynanı isə Qərb, xüsusilə, Qərbin güc-qüvvə elan edib, onilliklərdə inanıb, öz hərbi imkanını və hətta, öz təhlükəsizliyini verib irəli buraxdığı ABŞ “təmkin elə, çox baş qoşma görək nə olur” prinsipi ilə Rusiyaya adekvat silahsız, cavabsız qoyub, 3 il yarımdır. Üstəlik, vaxtilə Ukraynanın nüvə silahlarını rəsmi söz verib məhv etdirib ki: əsla qorxma, təhlükəsizliyinə qarant duracam!
Və budur qarant, 3 il yarım Rusiya Ukraynanın başına raket yağdırır, Ukrayna isə, yalnız başını tutur, yanğınını söndürür, dağıntısını bərpa edir, qırılanını dəfn edir. Rusiya raketlərinə də, raket yox, o vızıldayıb tüfənglə vurula bilən dronlarla cavab verir! Ukrayna 1994-cü ildəki Budapeşt Memorandumuna, (ABŞ, Rusuya, Britaniyaya) inanıb dünyada ABŞ və Rusiyadan sonra 3-cü qədər (Çindəkindən də çox!) öz, nüvə silahını məhv etməsəydi, bu gün kimin nə hünəri vardı, ona hücum etsin? Həmin qarantların birisi bu gün ona hücum edir, digərisə hələ də fikirləşir.
Fikirləşən ABŞ-ın prezidenti Tramp isə, deyib: heyf, Hindistanı, digərlərini itirdik, gedib Çinə qoşuldular. Hələ, bu başlanğıcdır, bütün 3-cü dünya ölkələri belə gedişlə qoşulacaq, həmin qütbə. Çünki, dünya 21-ci əsrdə də güc-qüvvə, sabit arxa dünyasıdır. Güc, qüvvə, arxa meyarı isə, bu gün məhz Ukrayna cəbhəsi ilə ölçülür! Dünyanın gözü Ukraynada gedən prosesdədir.
Çünki Ukraynada əslində, Rusiya-Qərb savaşı gedir. Putin açıq dedi ki, Ukrayna ilə NATO-ya görə savaşırıq. NATO, Qərbin lideri Tramp isə bunu heç cür başa düşmür. Özü-özünü özünə qarşı gedən savaşdan kənara qoyur, naz edir, hər dəfə, Zelenskini, Avropanı günahlı çıxarır. Budur, Rusiyaya sanksiya ultimatumu, Putini sıxışdırmaqda, Ukraynanı adekvat güclü silah ilə təmində gecikmək, üstəlik Alyaska oyunu zəifliyinin məğlub nəticə səsi Pekindən çıxdı.
Sən müharibədəsən, cənab Tramp. Çünki, bu müharibə Ukraynaya yox, ABŞ-a və NATO-ya qarşı açılıb əslində. Ukraynada azacıq geriyə çəkilən kimi, dünya miqyaslı zərbələr alırsan. Yaxın günlər böyük Çin tədbiri və orada Pekin qütbü yaranışı, Qərbə qarşı ritorika sübut etdi.
Artıq aydın oldu ki, Rusiya bu savaşda Pekin qütbünün ön cəbhəsidir, Qərb qütbünə qarşı. Necə ki, Ukrayna Qərbin ön və əks-cəbhəsidir. Ukrayna uduzsa, Belarusun gününə düşər və zamanını gözləyib bir-təhər yaşamına davam edər, necə, Çar Rusiyası, Sovetlər dövrü. ABŞ, NATO isə zəif, çöküşlü və biyabırçı hala yenər. Tramp Avropa ilə birləşib savaş düşünməlidir.