Cəmiyyətİdman

Santuşun maaşı nə qədərdir?

Millimizin baş məşqçisi Fernandu Santuşun maaşı haqqında rəsmi məlumat yoxdur – bu da ölkədə şəffaflığın bərbad olduğunu bir daha sübut edir. Müxtəlif mənbəələrdə qazancının 2 mln. avro illik maaş və bonuslar olduğu yazılıb. Onunla 4 illik müqavilə bağlanılıb, deməli, sona qədər qalsa 8-10 mln. arası maaş, qovulsa da, təxminən, bir o qədər təzminat alacaq.

Ölkdə ildə 2 mln. avroya 2-3 yaxşı uşaq futbol məktəbi yaratmaq olar, həmin uşaqlara doğru yanaşma olsa, bir neçə ildən sonra peşəkar futbolçuya çevrilə bilərlər. Hər məktəbdə 100, ümumən 200-300 arası fərasəti olan uşaqlarla doğru məşq keçsələr, onlardan mütləq 11 nəfər millidə oynaya biləcək futbolçu çıxacaq, ən azı, 15-20 nəfər legionar ola biləcək.

Millinin uğur yolu 7-8 yaşlı uşaqların doğru məşqçi ilə düzgün tədrisindən başlaya bilər. Bunun üçün Santuşa-mantuşa ehtiyac yoxdur, (açığı, bu gün Millinin zəif oynamasının günahı heç onda da deyil – Santuş nəticəni dəyişə bilməz, çünki, nəticəni yaradan səbəblər ondan asılı deyil) futbol sahəsi bilən, sevən, bacaran, milli təəssübkeşliyi olan insanlara həvalə edilməlidir. Vəssalam…

 

Natiq Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Ramil Səfərovun yeni görüntüləri yayıldı – VİDEO

redaktor

Ronaldo hotelini zəlzələdən zərərçəkənlər üçün istifadəyə verdi – FOTO

redaktor

Azərbaycan milliləri Olimpiadaya qələbə ilə başladı

admin