DünyaHadisəMaraqlı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

Azad Avropa/Azadlıq Radioları (RFE/RL) Korporasiyası 2026-cı ilin Vatslav Havel – Jurnalistika üzrə Təqaüd Proqramı elan edir.

AzadlıqRadiosu ilə Çexiya Xarici İşlər Nazirliyinin birgə təşəbbüsünün məqsədi Şərqi Avropadan olan jurnalistlərə media plüralizmi və müstəqilliyi naminə peşəkar fəaliyyətlərində köməklik göstərməkdir.

Təqaüd proqramı Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Rusiya və Ukraynadan ərizələrə açıqdır.

Müddəti altı aydır (2 mart 2026-30 sentyabr 2026). Təqaüdçülərə radionun Praqadakı baş ofisində təlimlər keçilir, orada təcrübəli jurnalistlərlə birlikdə işləmək imkanı yaradılır.

Vatslav Havel – Jurnalistika üzrə Təqaüd Proqramı barədə ətraflı burada tanış ola bilərsiniz.

Ərizələr ingilis dilində doldurulmalıdır.

Son tarix 2025-ci il oktyabrın 3-dür.

 

Müraciət et

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Liqası: Bu gün bu oyunlar oynanılacaq.

admin

ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi

redaktor

Gəncədə kişi həyat yoldaşının gözlərini çıxarıb, özü isə intihar etdi

redaktor