Avropada ev sahibi olmaq qeyri-mümkün bir xəyal kimi görünür, lakin satın almağın daha asan olduğu şəhərlər var.
Beynəlxalq audit və konsaltinq şirkəti “Deloitte” 2025-ci il üçün Avropa Daşınmaz Əmlak İndeksini dərc edib ki, bu da ən ucuz və ən baha evlərin olduğu şəhərləri göstərir.
Analitiklər 70 kvadratmetr sahəsi olan yeni tikilmiş mənzil almaq üçün müvafiq ölkədə nə qədər orta illik əmək haqqının lazım olduğunu hesablayıblar.
Qeyd olunur ki, ev almaq üçün ən ucuz Avropa şəhərləri arasında birinci yeri Amsterdam tutub, burada mənzil almaq üçün orta hesabla 15,4 yerli illik əmək haqqı lazımdır. İkinci yerdə ev almaq üçün Yunanıstanın orta illik 15,3 maaşı tələb olunan Afina qərarlaşıb. Eyni zamanda, üçüncü yeri Praqa tutub, burada 15 yerli illik əmək haqqı lazımdır.
Məsələn, açıq mənbələrdən əldə edilən məlumatlara görə, Niderlandda 2024-cü ildə orta illik əmək haqqı vergilərə qədər 44 min avrodan çox, Yunanıstanda 13 min avro, Çexiyada 22 min avro olub.
Ev almaq üçün ən ucuz Avropa şəhərlərinin tam siyahısı:
1. Amsterdam – Niderland
2. Afina – Yunanıstan
3. Praqa – Çexiya
4. Koşitse – Slovakiya
5. Brno – Çexiya
6. Banska Bistrika – Slovakiya
7. Bratislava – Slovakiya
8. Lyublyana – Sloveniya
9. Saloniki – Yunanıstan
10. Budapeşt – Macarıstan (Valyuta.az)