23 C
Bakı
19 Oktyabr 2026 15:51
DünyaSiyasət

Zelenski: “Ukrayna Rusiyanın ölkəmizin enerji sektoruna hücumlarına bundan sonra da zərbələrlə cavab verəcək”

“Ukrayna Rusiyanın ölkəmizin enerji sektoruna hücumlarına öz zərbələri ilə cavab verməyə davam edəcək.”

Tacxeber.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Slovakiyanın baş naziri Robert Fitso ilə birgə mətbuat konfransında deyib.

“Enerji blokadasına gəlincə, biz bu haqda danışmamışıq. Mən bu haqda heç nə bilmirəm. Sizdən eşitmişəm ki, mediada Putindən belə bir siqnal olub. Yeri gəlmişkən, məntiqlə baxsanız, əgər insan müharibəni bitirmək istəsə, o zaman, yəqin ki, Ukraynanın tərəfdaşlarından və qonşularından enerji blokadası tələb etməyəcək”, – Zelenski vurğulayıb.

Zelenski onu da bildirib ki, bu yolla Putin Ukraynanın enerji sektoruna hücum etmək istəyir.

Zelenskinin sözlərinə görə, Putin başa düşür ki, Ukrayna enerji infrastrukturunu bacardığı qədər qoruyur. Həmçinin defisit yarandıqda Aİ qaydalarına uyğun olaraq elektrik enerjisini idxal edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Xəzər dənizindəki bir ada dayazlaşma səbəbindən yarımadaya çevrilə bilər

redaktor

Zelenski Trampı tənqid edir və ABŞ seçkilərini gözləyir

redaktor

Səmərqənd klanı hakimiyyəti tək əldə toplayır, Daşkənd klanı isə dirənir…

redaktor