10 C
Bakı
25 Mart 2026 09:55
CəmiyyətTəhsil

Yeni qəbul olunan tələbələrə “tələ” qururlar – Ekspert xəbərdarlıq etdi

Təhsil eksperti Adil Vəliyev tələbələrə və valideynlərə kirayə ev axtarışı zamanı ehtiyatlı olmağı tövsiyə edib.

Tacxeber.comxəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, son günlər ali məktəblərə qəbul olunan tələbələr arasında saxta elanların “qurbanı” olanların sayı artıb.

“Məsələn, bir ailə rayondan Bakıya təhsil almağa gələn övladları üçün ev elan saytından mənzil bəyənib. Lakin ev sahibi guya tələbat çox olduğu üçün 100 manat beh tələb edib. Pul göndərildikdən sonra isə həmin nömrəyə zəng çatmayıb”, – deyə ekspert bildirib.

Adil Vəliyev tələbələrə mümkün qədər universitet yataqxanalarına üz tutmağı məsləhət görüb:

“Əgər yataqxanada yer olmasa, bir neçə gün öncədən qəbul olduğunuz universitetin yerləşdiyi şəhər/rayona gələrək, ev sahibi ilə rəsmi müqavilə əsasında kirayə müqaviləsi bağlayın ki, daha sonrakı “qurban” siz olmayasınız”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Niyə Ermənistan əmək bazarında irəliləyərkən Azərbaycan geri qalır?

admin

“Özləri kimi fırıldaqçı şirkət yoxdur” – Kamil Zeynallı

redaktor

“Mən hara, rayon hara?” – 2 mindən artıq müəllim yeri boş qalır

redaktor