12 C
Bakı
25 Mart 2026 12:55
CəmiyyətDünya

Saleh Məmmədov təqaüdə göndərilir –yerinə gözlənilməz namizəd

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov vəzifəsi ilə vidalaşır.

AAYDA rəhbəri yaxın vaxtlarda təqaüdə göndərilir. Məlumatda deyilir ki, Saleh Məmmədov artıq çemodan ovqatındadır. Hətta məzuniyyət olduğu dövrdə kabineti təmir olunub.

Bildirilir ki, Saleh Məmmədov məzuniyyətdə olarkən, onu İnvestisiya Baş İdarəsinin rəisi Əli Hacıyev əvəzləyib. Hətta sədrin kabinetində gedən təmirə nəzarət görə otağın açarı Əli Hacıyevin köməkçisində olub. Buna səbəb isə Saleh Məmmədovun yerinə gətiriləcəyi ilə bağlı gözləntilərdir. Maraqlıdır ki, Saleh Məmmədov məzuniyyətdə olduğu dövrdə onu birinci müavini Əvəz Qocayev əvəzləməyib. Bu da ondan xəbər verir ki, sədr postuna yüksəlməyi çoxdan hədəfləyən Əvəz Qocayevə belə bir etimad göstərilməyəcək. Bunun səbəbi məlum olmasa da, Əli Hacıyevin sədr vəzifəsinə gətiriləcəyi ehtimalı yüksəkdir.

Qeyd edək ki, AAYDA, əvvəllər isə “Azəryolservis” ASC olan bu qurumun adı tez – tez korrupsiya, maxinasiya hallarında çəkilib. Xüsusən də Saleh Məmmədovla Əvəz Qocayev tandemi nəhəng mənimsəmlərdə, yeyinti faktlarında əsas fiqurlar olub. Mətbuatda hər ikisinin biznesi, əmlakları barəsində geniş informasiyalar var.(Anxeber.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın müxalifət liderinə qarşı 20 illik repressiya və beynəlxalq səssizlik

admin

İrandan İsrailə xəbərdarlıq: Yaxın bir neçə saat ərzində…

redaktor

Sənədsiz ev problemi həll olunur, RƏSMƏN AÇIQLANDI – İşçi Qrupu yaradıldı

admin