Vladimir Putin Çin və Hindistanla ittifaqda “rus ayısının” yeri ilə bağlı suala zarafatla cavab verib.
Tacxeber.com xəbər verir ki, Şərq İqtisadi Forumunda moderatorun Çin lideri Si Cinpin və Hindistanın baş naziri Narendra Modi ilə birlikdə dünya mediasında yayılan fotoşəkili simvolik olaraq “fil, əjdaha və ayı” kimi təsvir edilib və bəs belə olan halda ayı bu ittifaqda hansı yeri tutur sualına Putin belə cavab verib.
Putin zarafatla cavab verdi: “Ayı elə ayıdır”.
Prezident onu da vurğulayıb ki, ayı Rusiyanın simvoludur, lakin dünyanın ən böyük pələngi Ussuri pələngidir və o da rusdur.