DünyaGündəmSiyasət

İranın hökümətə yaxın mediasında Rusiya, İsrail, Türkiyə, Azərbaycan və Ermənistanla bağlı geniş məqalədən tezislər

İranın SEPAH-a yaxın “Tabnak” nəşri Rusiya, İsrail, Türkiyə, Azərbaycan və Ermənistanla bağlı geniş məqalə dərc edib.

Məqalədən əsas tezisləri sizə təqdim edirik:

– Tehran hesab edir ki, Moskva iyunda baş verən İran–İsrail müharibəsi zamanı İslam Respublikasını real şəkildə müdafiə etməyib. Bu isə İranın Rusiyadan məyusluğunu daha da artırıb.

– Yeni dəhliz (Tramp marşrutu) İranı həm böyük tranzit gəlirlərindən, həm də Azərbaycan üzərindəki mühüm geosiyasi təsir imkanlarından məhrum edəcək. Onilliklərdir ki, Bakı–Naxçıvan əlaqəsi yalnız İran ərazisindən keçirdi.

– “Tramp marşrutu”nun həyata keçməsi Türkiyənin Qafqazdan tutmuş Orta Asiyaya qədər mövqeyini gücləndirəcək, İranı isə regiondakı təsirindən uzaqlaşdıracaq.

– Mütəxəssislər qeyd edir ki, bu layihə Rusiyanın da Cənubi Qafqazdakı təsirini zəiflədəcək. Lakin Moskvanın açıq şəkildə razılaşmaya dəstək verməsi Tehranda “Rusiya etibarlı tərəfdaşdırmı?” sualını gücləndirib.

– İran üçün başqa bir narahatlıq isə Azərbaycanın İsraillə dərinləşən hərbi və kəşfiyyat əməkdaşlığıdır.

– İranda 18 milyondan çox azərbaycanlı (türk) əhalinin olması Tehranın separatçılıq qorxularını artırır. “Cənubi Azərbaycan”, “Böyük Azərbaycan” kimi ideyalar İsrail və Qərb dairələrində təbliğ olunur ki, bu da İranı daha da narahat edir.

– Bu şəraitdə Tehran Ermənistanla münasibətləri gücləndirməyə çalışır. Prezident Məsud Pezeşkiyan avqustda İrəvana səfər edərək Nikol Paşinyanla “Tramp marşrutu” barədə müzakirələr aparıb və 10-dan çox sənəd imzalayıb.

– Amma Ermənistanın Qərbə doğru meyillənməsi İran üçün məhdudiyyətlər yaradır. İrəvan balansı qorumağa çalışsa da, ABŞ dəstəyini itirməmək üçün Tehrana ehtiyatla yanaşır.

– İran rəsmiləri bəyan ediblər ki, “Tramp marşrutunu” sadəcə izləməklə kifayətlənməyəcəklər. Onların fikrincə, ABŞ və NATO-nun bölgədə artan təsiri həm İran, həm də Rusiya üçün ciddi təhlükədir. (Şedevr)

 

Tacxeber.com

Oxşar xəbərlər

İran İsrailin qırıcı təyyarələrini və PUA-larını məhv etdi

redaktor

Azərbaycan XİN Qətəri təbrik edib

redaktor

Qızı Pelenin xəstəxanadan yeni fotosunu paylaşdı: “Birlikdə daha bir gecə…” – FOTO

admin