28 C
Bakı
05 Sentyabr 2025 10:47
CəmiyyətDünya

“Çinar” MTK-dan mənzil aldı – Aldadıldı

Çoxmərtəbəli yaşayış binasından mənzil almaq üçün 30 min manat ödəyən Bakı sakini aldadıldığını iddia edir.

Tacxeber.com Xəzər Tv-yə istinadən xəbər verir ki, hadisə paytaxt sakini Elman Məmmədovun başına gəlib.

Elman Məmmədov “Çinar” MTK-dan mənzil almaq üçün 24 min manat ilkin ödəniş etdiyini, 4 ay ərazində isə ümumilikdə 6 min manat ödədiyini deyir. Ödənişləri də sənədlər əsasında etdiyini bildirir.

Daha sonra MTK sədri dəyişib və yeni sədr onun sənədlərinin saxta olduğunu bildirib.

Elman Məmmədovun sözlərinə görə, oxşar halla bağlı onun kimi bir neçə şikayətçi var.

Məsələ ilə bağlı “Çinar” MTK-nın sədr əvəzi Abbas Dadaşov bildirdi ki, əvvəlki rəhbərlik xeyli adamı aldadıb.

Hüquqşünaslar isə bildirirlər ki, pul ödəyib bünövrədən ev alan şəxs bu cür halla qarşılaşdıqda məhkəməyə müraciət etməli, məsələyə orada hüquqi qiymət verilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Qırğızlar Tacikistanı “Bayraktar”la vurub

redaktor

Vəzifəmdən azad olunmağımı xahiş edirəm – Kadırov

redaktor

Mariupol həqiqətini deyən rusiyalı jurnalistə hökm oxundu

redaktor