DünyaSiyasət

Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanmasında Rusiya da yaxından iştirak edib

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması ilə bağlı yeni məqamlar ortaya çıxıb.

Tacxeber.com xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib.

Bildirilib ki, bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb.

Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.

Mənbə onu da deyir ki, Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır.

“Çünki Çin Şanxay ruhuna uyğun olaraq təşkilatın genişləndirilməsi üçün addımlar atır. Azərbaycanın ŞƏT-ə üzvlüyünə Pekin də ciddi dəstək verib. Lakin Çində keçirilən Sammitdə Rusiya və Hindistan Azərbaycanın təşkilata üzvlüyünü bloklamaqla, həm də Çinə qarşı hörmətsizlik nümayiş etdirib” – məlumatda deyilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya zərbələr endirməyə davam edir və biz buna cavab verəcəyik – Zelenski

redaktor

“Ukrayna savaşının baş “quzğunu” – “Wall Street Journal”

admin

Atəşkəs müharibənin bitməsi demək deyil – Zelenski

redaktor