Digərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycanın ixracatının 80%-i xam neftdən ibarətdir.

Deputat deyir ki, ixracatımızın 80%-i xam neftdir – bu doğrudurmu?

Tacxeber.com xəbər verir ki, “Fakt Yoxla” deputatın iddiasını yoxlayıb.

Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, Azərbaycanın ixracatının 80%-i xam neftdən ibarətdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu pay son illərdə 53%-dən aşağı olub.

2022–2024-cü illərdə xam neftin payı 47–54% arası, 2025-ci ilin ilk 3 ayında isə 52.25% təşkil edib.

Xam neftdən sonra ən böyük pay təbii qazadır – 2024-cü ildə 31.66%, 2025-ci ilin ilk üç ayında isə 34.54%.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası yanlışdır.

Oxşar xəbərlər

Bu çaylarda təhlükəli kimyəvi maddələr AŞKARLANDI: marketlərdən yığışdırılır

redaktor

Xaricdən gətirilən ətlər aşağı qiymətə satılır — Necə fərqləndirək?

redaktor

Türkiyənin Adana vilayətində Roma dövründən qalma Misis körpüsü

admin