Digərİqtisadiyyat

Vüqar Bayramov: Azərbaycanın ixracatının 80%-i xam neftdən ibarətdir.

Deputat deyir ki, ixracatımızın 80%-i xam neftdir – bu doğrudurmu?

“Fakt Yoxla” deputatın iddiasını yoxlayıb.

Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib ki, Azərbaycanın ixracatının 80%-i xam neftdən ibarətdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, bu pay son illərdə 53%-dən aşağı olub.

2022–2024-cü illərdə xam neftin payı 47–54% arası, 2025-ci ilin ilk 3 ayında isə 52.25% təşkil edib.

Xam neftdən sonra ən böyük pay təbii qazadır – 2024-cü ildə 31.66%, 2025-ci ilin ilk üç ayında isə 34.54%.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, deputatın iddiası yanlışdır.

Oxşar xəbərlər

Avropanın 10 ən populyar avtomobili açıqlanıb – Siyahı

admin

Pulu bankda, yoxsa “yastıq altında” saxlayaq?

redaktor

Elektrik enerjisini xaricə 9,8, özümüzə 10 qəpiyə satırıq – Rəsmi

redaktor