Parisdə “İstəklilər Koalisiyası” sammiti başa çatdı
Açıqlanan yekunlar qısa şəkildə:
– 26 ölkə atəşkəsin və ya sülhün əldə olunmasından dərhal sonra Ukraynada qoşun yerləşdirmək öhdəliyini rəsmi olaraq üzərinə götürüb. Bu qüvvələr Ukrayna ərazilərində quruda, havada və dənizdə təhlükəsizliyi təmin edəcəklər. Bir neçə ölkə isə hələ də öz mövqeyini müəyyənləşdirir.
– Almaniya, Ukraynaya hər il təxminən 500 piyadaların döyüş maşını tədarük etməyi və Ukrayna Silahlı Qüvvələri üçün beş yeni briqada silahlandırmağı planlaşdırdığını açıqlayıb.
– Böyük Britaniya, Ukraynaya uzaqmənzilli raketlər verməyə hazır olduğunu bildirib.
Sammitdən sonra koalisiya liderləri – o cümlədən Makron və Zelenski – gələcək addımları müzakirə etmək üçün ABŞ prezidenti Donald Tramp ilə telefon danışığı aparıblar.
Son mətbuat konfransında Fransa prezidenti Emmanuel Makron bildirib ki, Avropa, sülh sazişi imzalanan gün Ukraynaya təhlükəsizlik təminatları verməyə hazırdır. O qeyd edib ki, hazırlıq işləri tamamlanıb və indi bu planlar təsdiqlənəcək, bu da gələcək əməkdaşlıq üçün möhkəm əsas yaradacaq. (Azadlıq Qəzeti)