24 C
Bakı
06 Sentyabr 2025 22:58
DigərSağlamlıq

O, xəbərdarlıq etmədən sıradan planların tam ortasında gələr.

Beş il morqda işləmiş bir dostum var.

Minlərlə cəsəd görüb. Avtoqəzalar, intiharlar, qətllər…

Ondan soruşdum: “Səni ən çox təsirləndirən nə oldu?”

“Yaralar deyil”, – dedi. “Ən adi cəsədlər və onların hekayələri yaddaşımda dərin iz buraxır”.

– 25 yaşında gənc bir qız. Heç bir yarası yoxdur, sanki yatır. Yanında kiçik bir qeyd: “Ana, məni bağışla”.

– 40 yaşında kostyum geyinmiş bir kişi. Cibində qızının şəkli: “Dünyanın ən yaxşı atası”. İdman zalında infarkt keçirib.

– Yaşlı bir qadın. Əllərində qırışlar, dırnaqlarında isə nəvəsinin bir gün əvvəl etdiyi bəzəkli manikür.

– 25 yaşında bir cavan oğlan. Çantasında dərs kitabları və sevgilisinə aldığı üzük. Evlilik təklifi etməyə hazırlaşırmış.

Onların ortaq cəhəti nə idi?

Planları var idi. Kino biletləri, yarımçıq qalmış mesajlar, “çörək, süd, ad günü üçün gül” yazılmış alış-veriş siyahıları…

Dostum dedi ki:

“Zamanla cəsədlərə öyrəşirsən, amma yarımçıq qalan həyatlara heç vaxt öyrəşə bilmirsən. O an anlayırsan ki, həyatla ölüm arasında sadəcə bir nəfəs var”.

Ölüm xəbərdarlıq etməz. Sıradan bir günün, sıradan planların tam ortasında gələr.

Ona görə də mən hər səhər özümdən soruşuram:

Birdən bu gün son günümdürsə, bəs onda… ?

Kimi qucaqlamadım? Nəyi demədim? Hansı işimi ertələdim?

 

Murat Öz

Tacxeber.com

Oxşar xəbərlər

Qazlı içkilərdə ölüm riski – Gündə 2 stəkan içildikdə…

redaktor

Paşinyanın xanımının təyyarədə çətin anları – “Bu türk burada nə edir?”

redaktor

Fəryad filmi haqqında maraqlı məlumatlar

redaktor