Əlində bu qədər resurslar olan dövlət rəhbəri nədən narahatdır?
Əli Kərimliyə pasportun verilməməsi məsələsi tam olaraq siyasi xarakter daşıyır.
Ölkənin quru sərhədlərini absurd səbəblərlə bağlı saxlayanlar, 400 siyasi məhbusu müxtəlif bəhanələrlə şərləyib həbs edənlər, böyük bir ölkəni 32 ildir icarəyə götürülən obyekt kimi idarə edənlərin müxalifət lideri Əli Kərimliyə pasport verməməsinin səbəbi yəqin ki, təəccüblü olmamalıdır.
Amma gəlin, bir dəyərləndirmə edək, görək, 22 ildir hakimiyyəti qəsb edən İlham Əliyev niyə Əli Kərimliyə pasport verməkdən qorxur?
1. Siyasi nəzarət və təzyiq vasitəsi. İlham Əliyev Əli Kərimlinin ölkədən kənara çıxmağa, beynəlxalq tədbirlərdə iştirak etməyə, xaricdə siyasi əlaqələr qurmağa çalışacağını və bunu asanlıqla edə biləcəyini ön görüb qorxur. Demək bu, onun fəaliyyət imkanlarını məhdudlaşdırmaq üçündür.
2. İctimai nüfuzunu zəiflətmək cəhdi.
İlham Əliyev çalışır ki, Əli Kərimli beynəlxalq aləmdə tanınmış siyasi fiqur kimi çıxış etməsin. Xarici səfərlərə gedə bilməməsi onu daha çox daxildə “blokada”da saxlayır. Necəki, ölkənin ən böyük partiyasının praktiki fəaliyyət imkanları tamamilə sərt nəzarət altındadır.
3. Qorxu və profilaktika.
İlham Əliyev düşünür ki, pasport verilsə, Əli Kərimli xaricdə daha sərbəst fəaliyyət göstərə, beynəlxalq təşkilatlarla əlaqələrini gücləndirə, öz ictimai nüfuzunu daha da artıra bilər ki, bu da iqtidar üçün əlavə böyük təzyiqlər yaradar.
Amma bir gün mütləq İlham Əliyev Əli Kərimli ilə bir masaya əyləşmək məcburiyyətində qalacaq!