DünyaHadisə

ABŞ məhkəməsi Harvardın dövlət maliyyəsinin kəsilməsini qanunsuz hesab edib.

Boston Dairə Federal Məhkəməsi Harvard Universitetinə dövlət maliyyəsinin 2.6 milyard dollardan çox kəsilməsini qanunsuz sayıb. Bu barədə “The Associated Press” məlumat yayıb.

Dairə hakimi Ellison Berrouzun qərarında deyilir ki, maliyyələşmənin azaldılması qanunsuz addımdır, təhsil ocağının Donald Tramp administrasiyasının universitetin idarəetmə sistemi və siyasətində dəyişiklik tələbini yerinə yetirmədiyinə görə atılıb.

Tramp administrasiyası daha əvvəl Harvard rəhbərliyindən tələb etmişdi ki, işə qəbul, tələbə qəbulu, universitetin idarə olunması sistemində ciddi islahatlar aparsın, maliyyələşmənin bərpa olunması qarşılığında “müsbət ayrıseçkilik” (positive discrimination) adlı tənzimləyici tədbirdən imtina etsin.

Universitetin prezidenti Alan Qarber bu tələbləri yerinə yetirməkdən imtina edib. 2025-ci ilin aprelində Harvard məhkəmədə iddia qaldırıb, federal maliyyələşmənin dondurulması haqda qərarın qüvvəyə minməsinin dayandırılmasını istəyib. Universitet bu qərarı “qanunsuz və hökumətin səlahiyyətlərini aşan” addım adlandırıb. Təhsil ocağı Tramp administrasiyasını ABŞ Konstitusiyasının birinci düzəlişini və federal qanunları pozmaqda ittiham edib. Harvard onu da bildirib ki, dövlət maliyyələşməsinin itirilməsi tibb sahəsindəki tədqiqatlara, yeni dərmanların hazırlanmasına mənfi təsir göstərəcək.

Tramp administrasiyası Prinston və Kolumbiya universitetlərinə də oxşar tələblər irəli sürərək onların maliyyələşməsini dayandırıb. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qəzzadakı hərbi əməliyyatın ŞOK görüntüləri yayıldı – VİDEO

redaktor

Niftulla Əsgərov vəfat etdi

redaktor

Çində güclü zəlzələ olub, 126 bina dağılıb

redaktor