GündəmİdmanŞikayət

Yenə gəldi millətin başının bəlası Formula.

Artıq sayını da itirmişəm. Çoxmilyonlu şəhərin mərkəzi küçələri mühasirə vəziyyətinə düşüb. İşlək yolların hər iki tərəfi boyunca beton divarlar düzülüb. Əlavə olaraq bu divarların 1-2 metrliyində dəmir dirəklərə bərkidilimiş dəmir tor da hörüblər. Bu divarlar bir vaxtlar mənim Qərbi Berlində gördüyüm divarlara çox bənzəyir.

Axı necə şəhərin 100 minlərlə əhalisinin yaşadığı bir ərazii bu qədər beton divarla mühasirəyə almaq olar? Hökumət evinin ətrafı 1944-cü ildə ikinci cəbhənin açıldığı zaman Britaniyanın cənubunda müttəfiqlərin yaratdığı səhra düşərgəsinə bənzəyir. Mərkəzi yolun yarısını zəbt edib YAPalaq maşınlar üçün qarajlar tikirlər.

Nəqliyyatın hərəkəti pozulub. Səhərə qədər səs-küydən yatmaq mümkün deyil. Yol keçidləri bağlandığı, piyada yolları daraldığı üçün insanlar rahat hərəkət edə bilmir. Beton divarlar boyunca yerləşən İdarə və müəssisələrin işi pozulub. Maşın saxlamağa yer yoxdur. Yaşlı insanlar, uşaqlı analar, xüsusi ilə uşaq arabası ilə hərəkət edən inşalar çıxılmaz vəziyyətdə qalıblar. Quraşdırılan demir körpülərdə uşaq arabaları və əngəlli vətəndaşların enib qalxması üçün şərait nəzərə alınmayıb.

Bir sözlə şəhərin mərkəzində yüz minlərlə əhalinin rahatlığı, yaşayışı, hərəkəti pozulub. Deyilənə görə dərslər də bir həftə gec başlayacaq. Hətta beş il yarımdır Azərbaycanın vətəndaşlarının üzünə bağlı olan quru sərhədlər formulaçılar üçün asanlaşdırılmış iş rejimində işləyəcək. Xaricilərə olar, amma Gürcüstanda yaxını vəfat edənlərə nəinki asanlaşdırılmış, heç çətinləşdirilmiş yolla da adamların yasda iştirakına icazə vermirlər. Bir sözlə, Əliyev rejimi Azərbaycan xalqı ilə əsir götürülmüş əhali kimi rəftar edir.

Bu formulaya yiyə duran yoxdur. Heç bir ölkə bunu keçirmək, ona ev sahibliyi etmək istəmir. Neçə illərdir Azərbaycan hökuməti bunun xərcini çəkir. Formula üçün ayrılan büdcəni ya açıqlamırlar, ya da rəqəm manipulyasiyası edirlər. Ölkə vətəndaşına normal əmək haqqı və pensiya, uşaqlara uşaq pulu vermirlər, amma bu YAPalaq maşınların xərcini çəkirlər. Formulada iştirak edən idmançılar da, onların YAPalaq maşınları da Bakıya Azərbaycanın hesabına gətirilir.

Azərbaycanda bu idman növü yoxdur. Bizim idmançılar nə fərdi qaydada, nə də komanda şəklində bu yarışlarda iştirak etmir. Ölkənin iştirak etmədiyi bir idman (əgər bu idmansa) yarışına Azərbaycan niyə ev sahibliyi etməlidir? O bir tərəfdən idman yalnız pul qoymaq üçün deyil, həm də pul qazanmaq üçündür. İndiyə qədər keçirilən formula yarışlarından ölkə nə qədər pul qazanıb? Bunu da bilən yoxdur. Əlavə olaraq bu idman növünün ölkədə tamaşaçısı da yoxdur. İnzibati yollarla idarə və müəssisələrin işçilərini bu formulaya göndəərirlər. Lap Pyotr cəza üsulunda olduğu kimi.

XVIII əsrin əvvəllərində Rusiyada ilk teatr yarananda heç kəs ora getmək istəmirdi. Sonra I Pyotr əmr verdi ki, qaydanı, nizam-intizamı pozan əsgər və zabitləri cəza çəkmək üçün teatra göndərsinlər. Buna tarixdə Pyotr cəza üsulu deyilir. İndi Əliyev də adamları həmin üsulla formulaya göndərir ki, yerlər boş qalmasın.

Nə qədər davam edəcək bu? 9 ildir bu mənasız, insanların rahatlığın pozan yarışlar Bakıda keçirilir. Hələ bundan sonra da neçə il keçiriləcəyi bəlli deyil. Bir müddət əvvəl mətbuat bu yarışlarda korrupsiya halları barədə də yazmışdı. Keçmiş idman nazirinin adı bu qalmaqalda hallanırdı. Şübhəsiz ki, Əliyev ailəsinə məxsus hotellərin bu yarışlardan dəyintisi var. Amma başınızı ayrı idman növü qəhətdir? Niyə idmanı da millətin əzabları üstündə qurursunuz.

İctimai rəy, etiraz, xalqın narahatlığına baxan yoxdur. Təcili yardım maşınları formula keçirilən ərazidə hərəkət edə bilmir. Bunun qocası var, qadını var, uşağı var. Əliyev deyir ki, Ağa Nəzərəm, belə gəzərəm. Bu formula məsələsində hökumət xalqa salatalıqdan başqa ayrı bir seçim imkanı vermir.

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

DÇ-2022: Ronaldu Mərakeşə uduzduqları oyundan sonra ağladı -Video

redaktor

Pənah Hüseyn: “Ərdoğana səs verirəm”

redaktor

Tələbələrimiz həmin binada olmaya bilərmi? – Qohumu danışdı

redaktor