DünyaQalmaqalTexnologiya

SOS! – Rusiya Ursula von der Leyenin təyyarəsini hədəfə alıb.

Digər dövlət başçıları üçün risklər varmı?

Dünya mediası Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin təyyarəsinə qarşı kiber hücumdan yazır.
Avropa rəhbərinin təyyarəsi Bolqarıstanın Plovdiv şəhərinə eniş edərkən təyyarənin GPS siqnalı sıradan çıxarılıb. Pilotlar məcburiyyət qarşısında kağız xəritələrdən və köhnə analoq sistemlərdən istifadə edərək təyyarəni endiriblər.

Avropalı ekspertlər naviqasiya üçün zəruri olan GPS siqnalını pozmaq üçün GPS jammingdən istifadə edildiyini bildirirlər. Bu, peyk siqnallarını pozmaq və ya deaktiv etmək texnologiyasıdır. Əvvəllər hərbi məqsədlə istifadə olunurdusa, indi Rusiya tərəfindən mülki aviasiyaya qarşı da tətbiq olunduğu bildirilir. Bunun nəticəsində təyyarələr, gəmilər və hətta adi vətəndaşların naviqasiya sistemləri belə “kor” vəziyyətə salına bilər.

Avropa rəsmiləri bunu Rusiyanın qəsdən müdaxiləsi kimi qiymətləndiriblər. Bu, artıq adi texniki nasazlıq deyil, kiber müharibənin açıq-aşkar nümunəsidir.

Xatırladıram ki, Ursula fon der Leyen Ukraynaya dəstək və Aİ-nin müdafiə hazırlıqları ilə bağlı son zamanlar ön cəbhə ölkələrinə səfər edirdi. Yəni bu, sırf siyasi mesaj xarakterli hücum kimi görünür.

Güman ki, Avropa İttifaqı GPS təhlükəsizliyini gücləndirmək, alternativ naviqasiya sistemlərini inkişaf etdirmək və Rusiyaya qarşı sərt cavab vermək üçün addımları gücləndirəcək.

Digər dövlət başçıları üçün risk varmı?
Bəli, birmənalı!
GPS pozuntuları son illər Baltik dənizi və Şərqi Avropada artıb. Hər bir dövlət başçısının, eləcə də kommersiya reyslərinin belə hücuma məruz qalması mümkündür.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanın sərnişin təyyarəsi Rusiya tərəfindən vurulduğu anda ölkə Prezidenti İlham Əliyevi daşıyan Bort N1 -in də havada olduğu bildirilib.
Bu fakt və baş verənlər göstərir ki, dövlət başçılarının, dünya liderlərinin təhlükəsizliyi üçün risklər hədsiz çoxalıb. Müasir dövrdə bu risklərin miqyası daha da genişlənib – artıq yalnız raket və ya fiziki hücum deyil, peyk sistemlərinin, GPS siqnallarının pozulması kimi görünməz kiber hücumlar da dünya prezidentləri üçün, eləcə də digər yüksək vəzifəli şəxslərin həyatı üçün ciddi təhlükə yaradır.
Ümid edirəm təhlükəsizliyə cavabdeh qurumlarımız da baş verənlərin, artan risklərin fərqindədir.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Maskdan Trampa EŞQ ETİRAFI – FOTO

redaktor

İsrail Türkiyə Dostluq Xəstəxanasını vurdu

redaktor

Rus ekspertdən şok: Ərdoğanın mühafizəsini gücləndirin!

redaktor