8 C
Bakı
09 Fevral 2026 14:15
DünyaSiyasət

Rusiya oğurlanmış ukraynalı uşaqlardan əsgər hazırlayır- Britaniya kəşfiyyatı

Britaniya kəşfiyyatı Rusiyanın Ukrayna uşaqlarını oğurlamaq və zorla köçürməklə bağlı apardığı kampaniyanı araşdırıb.

Tacxeber.com xəbər verir ki, Böyük Britaniyanın kəşfiyyatı araşdırmaların nəticələrini açıqlayıb.

Britaniya kəşfiyyatının apardığı araşdırmanın nəticələrinə əsasən, Rusiya ələ keçirdiyi Ukrayna ərazisindən oğurlanmış uşaqları 18 yaşı tamam olan kimi dərhal öz ordusuna çağırır.

Verilən məlumata görə, indiyədək 19500-dən çox ukraynalı uşaq məcburi şəkildə ya Rusiya ərazisinə, ya da Krım ərazisinə köçürülüb və bəzi açıq mənbələrə görə, bu rəqəm hətta 35 minə qədər çata bilər.
Britaniya kəşfiyyatının qiymətləndirməsinə əsasən, 6 min ukraynalı uşaq “yenidən tərbiyələndirmə” düşərgələrə yerləşdirilib və onlar yetkinlik yaşına çatdıqda hərbi təlim mərkəzlərinə göndərilirlər.
Britaniya kəşfiyyatı qeyd edir ki, Rusiyanın ali rəhbərliyi oğurlanmış ukraynalı uşaqları həm hazırkı, həm də gələcək ordu heyəti üçün potensial resurs kimi görür.

Qeyd edək ki, bu araşdırmanın elan olunduğu 3 sentyabrda Böyük Britaniya hökuməti ukraynalı uşaqların oğurlanmasında əli olan şəxslərə qarşı sanksiyalar tətbiq edib.

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkian Azərbaycan atalar sözü ilə kimə mesaj verdi? – MARAQLI FAKT

redaktor

Priqojinin tələsik Afrikadan Rusiyaya qayıtmasının səbəbləri məlum oldu

redaktor

Havada dəhşət: “Boeing 737”-nin təkəri qopdu, belə eniş etdi

admin