DünyaSiyasət

Kim Çen In niyə 12 yaşlı qızını Çinə aparıb?

Şimali Koreya lideri Kim Çen In bu həftə ölkəsinin əsas müttəfiqlərindən olan Çin və Rusiya liderləri ilə görüşmək üçün Pekinə səfər edib. Bu səfər zamanı diqqət çəkən məqamlar yaşanıb.

Tacxeber.comxəbər verir ki, bu məqamlardan biri də Şimali Koreya liderinin ilk dəfə 12 yaşlı qızı ilə səfərə getməsidir.

Kimin 12 yaşlı qızı Kim Ju-ae atası ilə Pekində keçirilən hərbi paradda iştirak edib. Kim və onu müşayiət edən şəxslər çərşənbə axşamı xüsusi qatarla Pekin Dəmiryol Vağzalına gəlib və yüksək səviyyəli Çin rəsmiləri tərəfindən qarşılanıb.

Şimali Koreya mediasında “sevimli qız” adlandırılan Ju-ae 2022-ci ilin sonundan bəri Kim Çen Inı hərbi paradlarda, silah sınaqlarında və digər mühüm siyasi tədbirlərdə müşayiət edir.

Cənubi Koreyalı ekspertlər gənc qıza varis kimi baxıldığını deyirlər. Kimin 6 ildən sonra Çinə ilk səfərində onu özü ilə gətirmək qərarı Ju-ae-nin yüksələn statusunun güclü əlaməti kimi qəbul edilir.

Seulda yerləşən Şimali Koreya Tədqiqatları Universitetinin keçmiş prezidenti Yang Moo-jin bu səfəri “Çin rəhbərliyinə özünü tanıtma ritualı” kimi qiymətləndirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

İran və Rusiya Vaşinqton razılaşmalarını əngəlləmək üçün planlar qururlar.

admin

Kim Kardaşyan üzünə qızılbalıq sperması vurdurdu

admin

Rusiyadan asılılığı aradan qaldırdıq – Borrell

admin