Son 30 ildə müxalifətin, xalqin əzilməsinə, əzdirilməsinə qarşi çixdiq, etiraz etdik, soyğunçuluğa, talançiliğa qarşi mübarizə apardiq, yanliş siyasətləri tənqid etdik, səsimizi ucaltdiq o üzdən iqtidar cəbhəsində “düşmən”, “arzuolunmaz adam”‘ , “dövlətçilik düşməni” hesab edildik, yaxud müxalifətin yanliş siyasətlərini, problemlərə baxışini tənqid etdik, iqtidarin müsbət siyasətlərini təqdir etdik, müxalifət cəbhəsinin trollari bizi “satılmış”, “yaltaqlanir” adlandirdi.
Azərbaycani kəskin qütbləşmələrə sürükləyənlər həm iqtidar cəbhəsidir, həm müxalifət cəbhəsi.
Sanki iqtidar müxalifət münasibətləri sinfi mübarizə üzərindən qurulub, sanki iki sinifin bir birini yox etməsi kimi şəkillənmişdir.
Maraqlidir ki, onlarin ikisindən də fərqli düşünmək, mövqe sərgiləmək yasaqdir. Üçüncü yol yoxdur, üçüncü yola yer buraxmamışlar.
Bizim cəmiyyətimiz, siyasi münasibətlərimiz sağlam təməllər üzərində qurulmamişdir.
Son 30 ilin tarixi, siyasəti kəskin qütbləşmələr və nifrət üzərində qurulmuşdur. Bu zəhərli siyasi münasibətlərin, nifrətin, qütbləşmələrin, siyasi hesablaşmalarin
ailəmin içinə, övladlarima və dostluqlarima, dostlarimla münasibətlərimə, qohumluqlara yansimasina izn vermədim. Ailəmi siyasətdən ayri tutdum, siyasət evimizə girmədi.
Bir çox dəyərlər vardir ki, siyasətdən üstündür. İnsanin özü, insanin varliği hər cür siyasi düşərgələrdən, maraqlardan, siyasi- ideoloji görüşlərin qütbləşməsindən, iqtidar- müxalifət qarşıdurmasindan üstündür.
Aşiri siyasiləşmiş insan qütbləşmiş insandir, siyasətə, dünyaya yalniz mənsub olduğu qütbdən baxar, təriqət mənsubuna bənzəyər, təriqət təmsilçisi olar, dünyaya təriqət(partiya) çərçivəsindən baxar.
Təriqətləşmənin də fəsadlari vardir. Diğər alternativləri görməz, qəbul etməz, şiddətlə inkar edər, xoşgörülü olmaq xüsusiyyətini itirər.
Təriqət yalniz öz həqiqətinə inanar, diğər həqiqətləri inkar edər. Halbuki təbiətin bir qanunu vardir- həqiqətlər çoxdur. (Lütfizadənin qeyri səlis məntiqi).
Bəli, həqiqətlər çoxdur!
Yalniz Öz həqiqətlərinə deyil, başqalarinin da həqiqətlərinə baxmağı öyrənmək lazimdir. Siyasətdə başqalarının da həqiqətlərinə sayği və xoşgörülü yanaşdiqda BİRLİK, yalniz öžününkünü həqiqət sanıb başqalarınınkını inkar etmək isə TƏKLİK yaradır.
Siyasətdə “başqalari” na baxış və münasibət çox önəmlidir. Siyasət ” başqalari” nı qazanmaq, birləşdirmək və sevməkdir.
Bizdə isə başqalarini sevmək yox, inkar etmək, yox saymaq ənənəsi hakimdir. Hələ bu günə kimi birisi çıxıb bu tabunu sindira bilməyib. Halbuki bizi “BİZ” olmağa qoymayan bu tabular sindirilmalidir.
Azərbaycanin son 30 illik siyasəti istər iqtidar düşərgəsində, istər müxalifət düşərgəsində olsun, qarşı tərəfə nifret yaratmaq, nifrət etmək, inkar etmək, yox saymaq, əməkdaşliqdan qaçmaq, nifrət istehsal etmək üzərində qurulub.
Övladlarimin beyninin, ürəyinin, düşüncəsinin bu “nifrət siyasəti”ndən zəhərlənməməsi üçün siyasəti evimizə gətirmədim. Qoy onlar bizim tariximizi yaşamasinlar, özləri yeni tarix yaratsinlar, yeni tarix yaratsınlar. Qoy onlar gələcəyə açiq gözlə baxsınlar, mənim düşmənlərimi də dostlarimi da birləşdirməyi və sevməyi bacarsınlar.