10 C
Bakı
27 Mart 2026 06:51
DünyaGündəmQalmaqal

Çin epizodlarının davamı: Pekində Putinin, Sinin və Kimin özəl söhbəti mikrafon açıq olduğundan efirə sızıb

“70 yaş hələ uşaq yaşıdır”.

Pekində hərbi parada gedərkən Putinin, Sinin və Kimin özəl söhbəti mikrafon açıq olduğundan efirə sızıb. Diktatorlar əbədi həyatdan danışırmışlar.

Si: əvvəllər adamlar 70 yaşadək nadir hallarda yaşayırdılar, amma indiki dövrdə 70 yaş uşaq yaşıdır hələ.

Putin: biotexnologiyaların inkişafı orqanların fasiləsiz transplantologiyasını mümkün edir və adamlar nəinki cavanlaşırlar, hətta ölməzliyə çata bilərlər.

Si: 21-ci əsrdə 150 il yaşamaq üçün bütün şanslar var.

Əlbəttə, əbədi yaşamaq istəyirsənsə puluna minnət! Amma gərək bəxtin də səninlə dostluq edə. Bir də, təsadüfi sağalmaz xəstəliklər sənə yoldaş olmaya.

Amma əsas məsələ bu da deyil. Həm Sinin, həm də Putinin 72 yaşı var, hər iki diktatorun müxtəlif formalarda insanlığa zidd idarəçiliyi var. Və hər iki diktatorun əbədi hökmdar olmaq istəkləri gecə qarabasmasına bənzəyir. İlahi, onlar hakimiyyətdə əbədi qalmaq istəyirlər??? Necə deyərlər, iştah dişin altındadır.

Bu söhbəti dinləyərkən və videoya baxarkən ağlımdan ilk keçən fikir o oldu ki, görəsən arxada gələn digər avtoritarlar, ilk növbədə Lukaşenko da transplantasiya söhbətini eşitdilərmi?

 

Arzu Qaziyeva

Tacxeber.com

Oxşar xəbərlər

Nikol İrana bu silahı almağa gedib – Korotçenko

redaktor

Həbsdə olan siyasi məhbus – ictimai fəal: ‘6 saylı Cəzaçəkmə Müəssisəsində məni döyüblər’

admin

Prezident Tokayevə İrəvanla münasibətlərdən danışdı

redaktor