DünyaSiyasət

Trampın Qəzza planı: Ölkəni tərk edənlərə 5 min dollar veriləcək

Tacxeber.com xəbər verir ki, 38 səhifəlik hesabat “Gaza Reconstitution, Economic Acceleration and Transformation Trust” adlanır.

Hesabata əsasən, Tramp Qəzzanı turizm kurortuna çevirmək ideyasını irəli sürür. O, ölkədən getməyi qəbul edən hər fələstinliyə 5 min dollar nağd pul ödəməyi planlaşdırır. Bu “dəstək” həmçinin başqa ölkədə dörd illik kirayə haqqını və bir illik yeməyi əhatə edəcək.

Trampın planına görə, ABŞ bu ərazini 10 il müddətinə idarə edəcək. Bundan sonra nəzarət Fələstin hakimiyyətinə veriləcək.

O da qeyd olunub ki, Tramp Qəzza sakinlərinin ölkədən çıxmasının könüllü olacağını təxmin edir. Evlərində qalanlara isə Qəzzada qurulacaq yeni şəhərlərdə mənzillər ayrılacaq.

Ölkənin yenidən qurulma prosesi çərçivəsində süni intellekt texnologiyasından geniş istifadə ilə 6 və ya 8 “ağıllı şəhər” inşa ediləcək.

Məlumata görə, Qəzzanın yenidən qurulmasının dəyəri 100 milyard dollar olacaq. Bununla belə, investisiyaların on il ərzində dörd dəfə artacağı da təxmin edilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan Azərbaycanla sülhə və TRİPP-in həyata keçirilməsinə sadiqliyini bir daha təsdiqləyib.

redaktor

Şərqlə Qərbin qovşağında olan ölkəmiz niyə xoşbəxt deyil?

redaktor

Medvedçukun qaytarılmasında MİT iştirak edib

admin