10 C
Bakı
25 Mart 2026 11:29
CəmiyyətHadisəKriminal

Görüntüləri yayılan sabiq müdirin oğlu HƏBS EDİLDİ

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdirinin oğlu, həkim-stomatoloq Fuad Quliyev cinayət məsuliyyətinə cəlb edilib.

Tacxeber.comxəbər verir ki, o, müxtəlif şəxslərin etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirməkdə təqsirləndirilir.

Onun rayonda stomatoloji xidmət göstərəcəyi adı ilə ayrı-ayrı şəxslərin 4.500, 4.000, 2.600, 800 və 600 manat məbləğlərində pul vəsaitlərini ələ keçirməsi məlum olub.

DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə vətəndaşlardan daxil olan müraciətlər əsasında F.Quliyev barəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanıb və məhkəmə qərarı ilə həbs olunub.

Fakt üzrə istintaq tədbirləri davam etdirilir.

Fuad Quliyev bir müddət əvvəl sosial şəbəkədə görüntüsü yayılan Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Fəxrəddin Quliyevin oğludur.

 

Tacxeber.com

Oxşar xəbərlər

Paytaxtda aramsız yağışın FƏSADLARI: Bakı küçələrində SON VƏZİYYƏT – VİDEO

redaktor

BBC-nin məşhur siması uşaq pornosuna görə cəzalandırıldı

admin

“Telegram”ın qurucusu Fransanı söz azadlığını təqibdə ittiham edir

redaktor