Siyasət

Putinin “məntiqi”

Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən zirvə toplantısında belə bir ifadə işlədib: “Rusiya heç bir ölkənin təhlükəsizliyinin başqasının hesabına formalaşmaması gərəkliyindən çıxış edir”.

Putin bu sözləri Ukrayna şamil etsə də, cümlədəki məntiq Rusiyaya qonşu olan digər dövlətlərə də şamil edilə bilər. Putin demək istəyir ki, Ukrayna NATO üzvü olmaq istədiyinə görə, Rusiya bu ölkəyə qarşı işğalçı müharibəyə başlayıb. Ona qalsa Rusiyanın digər qonşusu Finlyandiya Ukrayna müharibəsindən sonra NATO-ya qoşuldu.

Əgər bu da Rusiyanın maraqlarına cavab vermirsə, bu o deməkdirmi ki, Finlyandiya da Kremlin hədəfində olacaq? Finlyandiya öz təhlükəsizliyini düşünərək NATO-ya üzv olub və bu zaman Kremlin istəkləri Helsinkini zərrə qədər də maraqlandırmayıb.

Və ya Azərbaycan NATO-nun hərbi gücünə görə ikinci böyük dövləti olan Türkiyə ilə strateji müttəfiqliyi gücləndirən Şuşa bəyannaməsini imzalayıb. Bu zaman Azərbaycan da Filnyandiya kimi öz təhlükəsizlik maraqlarından çıxış edib.

İndi Putinin məntiqinə görə Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik bəyanatına imza atarkən Rusiyanın maraqlarını nəzərə almalıydı? Rusiya illər boyu Ermənistanı silahlandırarkən qonşusu olan Azərbaycanın təhlükəsizlik maraqlarını heçə saydı. Halbuki, Putinin məntiqinə görə Rusiya qonşusu olan Azərbaycanın təhlükəsizlik maraqlarına zidd siyasət yürütməməli idi.

“Qonşunun təhlükəsizliyi nəzərə alınmalıdır” sözlərini deyən ölkənin lideri qonşusunun mülki təyyarəsinin raketlə vurulmasına seyrçi qaldı və bununla münasibətlərin gərginləşməsinə yol açdı. Bu bir daha göstərir ki, Putinin söylədikləri ilə elədikləri arasında böyük fərq var.

 

Elxan Şahinoğlu

Tacxeber.com

Oxşar xəbərlər

Cənab Putin, onsuz da son iki gündür gərginlik nisbətən azalıb.

admin

“Bu dəfə bizə 44 gün lazım olmayacaq, 4 günə…”

redaktor

Həbs olunmuş Abzas Mediaçı jurnalistlərin məhkəmədə son sözlərindən seçmələr

admin