DünyaSiyasət

Çində keçirilən ŞƏT toplantısında gözlənilməz epizodlar.

Beynəlxalq forumlar həmişə ənənəvi olaraq bir çox gözlənilməz epizodlarla yadda qalır. Çində keçirilən ŞƏT toplantısı da istisna deyil.

Diqqətçəkən videoları həmin diqqətlə izləsək bəzi nəticələrə gəlmək olar.

Maraq doğuran görüntülər İlk növbədə Rusiya lideri Putinlə bağlıdır.

31.08.2025:

Putinin Si Zinpinlə söhbətləşməsində Rusiya liderinin Çin liderinə təzimə gəlməsi gözdən qaçmır. Onun eyni hərəkətləri Alyaskada da, Trampın “qulluğunda” olarkən müşahidə edilmişdi. Bədən dili, baxışları Putinin sıxıldığını, artıq əvvəlki kimi şux, dik, güclü olmadığını deyirdi, demək olar ki, dünyanın yarısı boyda olan materikinin – böyük nüvə dövlətinin sahibi kimi görünmürdü. İndi Rusiyanın da, rəhbərinin də ipi Çinin əlindədir. Si Zinpin həmin ipi dünyaya göstərməyə nail oldu.

Liderlərin kollektiv foto sessiyasında.

Putin Tacikistan prezidenti ilə yanaşı durarkən özünü görməzliyə vuran İmoməli Rəhmonu dümsükləyərək görüşmək üçün əl uzatması da Rusiya liderinin hörmət-izzətdən düşməsini, artıq əvvəllər olduğu kimi onunla şəkil çəkdirmək, görüşmək üçün sıraya düzülən zamanların arxada qaldığını göstərir.

İlham Əliyev Putindən o qədər aralı durmuşdu ki, fotoda güclə sezilir: “indiki vaxtda nə qədər aralı olsam, bir o qədər yaxşıdır”. Bu, artıq bəzi ekspertlərin iddia etdiyi kimi, oyun-zad deyil. Bu, artlq ciddi məsələdir.

Putinin çıxışına hətta Lavrovu da yuxu aparmışdı. Yəni, Rusiya liderinin danışığı, çıxışı nəinki beynəlxalq aləmdə, heç öz komandasında belə maraq doğurmur.

Və nəhayət,

Putinin Paşinyanla görüşü ilk növbədə İlham Əliyevə mesaj idi. Lakin həm Ermənistan, həm Azərbaycan, həm də Türkiyə liderlərinin isti görüşü Rusiyanın regionun təhlükəsizliyinə mənfi təsirini xeyli zəiflədib, bir az da uzağa getsək, bəlkə də sıfırlayıb. Bunun təməli ABŞ-da qoyulub.

 Ən əsası,

Putinin əhvalı xeyli suallar doğurur: o, danışarkən nəfəsini çətinliklə alır, danışığı fiziki gücünü itirib, sözlərin sonluğunu tələffüz edə bilmir, bir sözlə fiziki olaraq “движуха” hiss olunmur. Yorğunluğu, taqətinin zəifləməsi nəzərdən qaçmır. Hətta üzünün kosmetik makiyajı belə onun ya səhhətinə, ya da yaşına, ya da məntiqli və həqiqətə daha yaxın olan psixi-emosional durumuna bağlı problemləri gizlədə bilmir. Adamın Ukrayna bataqlığında çabaladığı, ölkəsini dərin qaranlıq quyuya yuvarladığını özünün də şüurlu olaraq anlaması üzündə açıq-aydın oxunur. Müharibə qrafiki sağlamlıq durumuna sözünü deyir. Amma.. inadkarlığından geriyə yol saxlamayıb. Bütün körpüləri yandırıb, özünü də, ölkəsini də elə bir psixoloji-mənəvi təcridə salıb ki, heç kim nə onunla, nə də ölkəsilə yaxınlıq etmək, dost olmaq istəmir.

Sonun başlanğıcı start götürüb. Harda və necə bitəcək? Bunu bir yaradan bilir. Hər halda yaxşı sonluq inandırıcı görünmür.

 

Arzu Qziyeva

Tacxeber.com

Oxşar xəbərlər

İlon Maskın 76 yaşlı anası yenidən podiuma çıxdı – FOTO

redaktor

Bayden fitili yandırdı: “Böyük İsrail” qurulur – Xəritə

admin

Ukraynalı hakerlər yüz milyonlarla məlumatın yer aldığı Rusiya bazasını qırdı.

admin