DünyaSiyasət

Avropa Komissiyasının prezidentinin təyyarəsində GPS söndürülüb –Rusiya ittiham olunur

GPS-in söndürülməsi səbəbindən Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin təyyarəsi kağız xəritələrdən istifadə edilərək Bolqarıstana enməyə məcbur olub.

Tacxeber.com xəbər verir ki, “Financial Times” üç mənbəyə istinadən yazır ki, Rusiyanın Bolqarıstanın Plovdiv hava limanında GPS naviqasiya sistemlərinə hücumu  göyərtəsində Avropa Komissiyasının sədrinin olduğu təyyarənin pilotlarını kağız xəritələrdən istifadə etməyə məcbur edib.
Onlar bildiriblər ki, GPS siqnalı bütün hava limanında itib. Bunu “müdaxilə” adlandırıblar. Bolqarıstanın hava nəqliyyatı idarəsi insidenti təsdiqləyib və qeyd edib ki, 2022-ci ilin fevral ayından siqnal tıxanmalarında artım müşahidə olunub. Bu, Baltik dənizi regionunda Rusiya ilə həmsərhəd olan Avropa ölkələri tərəfindən də bildirilir.

Ursula fon der Leyen Belarus və ya Rusiya ilə xarici sərhədi paylaşan Aİ ölkələrini gəzir. Bolqarıstan və Polşadan sonra Aİ rəhbəri Litvaya, orada ölkə prezidenti Gitanas Nauseda ilə birlikdə helikopterlə Litva və Belarus sərhədi üzərində uçub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski: Rusiya Odessanı bu səbəbdən ələ keçirməyə çalışır

redaktor

Hollivud ulduzu öz “Oskar”ını Zelenskiyə hədiyyə etdi – FOTO

redaktor

İrəvanın mərkəzində Azərbaycan dilində danışan blogerə cinayət işi AÇILDI – VİDEO

redaktor