DünyaSiyasət

İsrail İran komandirlərini belə hədəf alıb: cangüdənlərinin telefonları…

İsrail son 12 günlük müharibə zamanı İran hərbi və təhlükəsizlik rəsmilərini izləmək üçün onların cangüdənləri və sürücülərinin mobil telefonlarını “sındırıb”.

“Azad İran” Teleqram kanalı bu barədə “The New York Times”a istinadən məlumat yayıb.

Bildirilib ki, bu üsulla əldə edilən məlumatlar iyunun 16-da Tehranda Ali Milli Təhlükəsizlik Şurasının iclası keçirilən məkana hücum zamanı da istifadə olunub. Həmin hücumda bir neçə mühafizəçi həlak olub.

Qəzetin məlumatına görə, mühafizəçilərin mobil telefonlardan ehtiyatsız istifadəsi – xüsusilə də sosial mediada paylaşdıqları məlumatlar – İsrailə İran hərbçilərinin hərəkətlərini izləmək və nüvə proqramı ilə bağlı fəaliyyətləri hədəfə almaqda yardımçı olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mask bu dəfə ABŞ hökumətini HƏDƏLƏDİ

redaktor

Kreml Ramzan Kadırovun istəyinə etiraz edir, amma… – The Times

redaktor

ABŞ-nin İranın nüvə obyektlərinə zərbəsindən sonra radioaktiv çirklənmə qeydə alınıb?

redaktor