DünyaMuharibə

Rusiya-Ukrayna müharibəsinin analiz etmək üçün Ukraynanın bu gün atdığı addımları çox diqqətlə izləməliyik.

Əgər biz Rusiya-Ukrayna müharibəsinin gedişatını, mövcud tendensiyaları və yaxın perspektivləri düzgün analiz edib proqnozlaşdırmaq istəyiriksə, Ukrayna Silahlı Qüvvələrinin bu gün atdığı addımları çox diqqətlə izləməliyik.

Bu gün Ukrayna Prezidenti Zelenski bəyan edib ki, USQ Rusiyanın dərinliklərinə yeni zərbələr endirməyə hazırlaşır. “Dərinliklər” anlayışı çox genişdir və Zelenskinin hansı konkret “dərinlikləri”, obyektləri və sahələri nəzərdə tutduğunu bilməliyik.

Avqust ayı artıq göstərdi ki, Zelenskinin bəyanatlarının arxasında real planlar və nəticələr dayanır. Məsələn, yalnız avqustda Rusiyanın 9 neft emalı zavoduna (NEZ) zərbələr endirilib. Burada söhbət zavodların sayından gedir, zərbələrin ümumi sayından yox. Çünki bəzi zavodlara 2, bəzilərinə isə hətta 3 dəfə zərbə endirilib.

Bu fakt bir daha təsdiqləyir ki, Ukraynanın hərbi-siyasi rəhbərliyi üçün hazırda 1 nömrəli strateji hədəf Rusiyanın neft emalı sənayesidir. Bunun səbəbi açıqdır: NEZ-lərin iflic edilməsi yalnız Rusiya hərbi maşınının fəaliyyətini zəiflətməyəcək, eyni zamanda ölkənin ümumi iqtisadiyyatına ciddi zərbə vuracaq.

İndi isə tendensiyalara və USQ-nin bu gün atdığı addımlara baxaq.

Rusiyanın dərinliklərinə uğurlu zərbələrin effektivliyini müəyyən edən əsas faktorların başında Rusiya hava hücumundan müdafiə (HHM) sistemlərinin fəaliyyət qabiliyyəti dayanır. HHM şəbəkəsi zəiflədikcə, Ukrayna ordusu Rusiyanın dərin arxa cəbhəsində yerləşən strateji hədəflərə, ilk növbədə NEZ-lərə daha intensiv və sarsıdıcı zərbələr endirməyə imkan yaradacaq.

Hazırda USQ bütün gücünü Rusiyanın HHM sistemlərini sıradan çıxarmağa yönəldib ki, yaxın gələcəkdə dərinliklərdəki strateji obyektlərə daha rahat və ağır zərbələr endirə bilsin.

Ukrayna Təhlükəsizlik Xidmətinin 28 avqust tarixli məlumatına görə, son 4(24-28 avqust) gün ərzində Rusiyaya məxsus 17 ədəd REB, RLS və HHM atəş qurğusu məhv edilib.

Bunun ardınca bu gün Kiril Budanovun rəhbərlik etdiyi Ukrayna Hərbi Kəşfiyyat Baş İdarəsi daha bir mühüm məlumat və video yaydı. Məlumata görə, son əməliyyatlar zamanı aşağıdakı obyektlər sıradan çıxarılıb:

– RLK “Utyos-T”;

– Radioteleskop RT-70;

– Qübbəli “GLONASS” kompleksi;

– BRLS MR-10M1 “Mys” M1;

– S-400 ZRK tərkibində olan RLS 96L6-AP.

 

Kamran Cəfərov

Tacxeber.com

Oxşar xəbərlər

Xərçəng sahəsində inqilab – Türk alimlərdən sevindirən xəbər

redaktor

Tokio metropolitenində zəhərləyici zarin maddəsinin tətbiqi iləbaş verən terror hadisəsi.

admin

Dünyada 10 aydır ardıcıl yüksək temperatur qeydə alınır

redaktor