DünyaSiyasət

İLHAM RƏHİMOVUN DA BİZNESİ VURULUR? – Kürəkəninin adına olan şəbəkə əlindən alındı

Rusiyada azərbaycanlılara, xüsusilə də azərbaycanlı iş adamlarına qarşı təzyiqlər deyəsən, Vladimir Putinin dostu kimi tanınan İlham Rəhimova da çatıb. Məlum olduğu kimi, bəzilərinin “Putin İlham” da adlandırdığı “oliqarx-professor” Rəhimovun Rusiyada dəyəri milyardlarla ölçülən biznesinin olduğu bildirilir.

Bu arada Rusiya RBK-sının yazdığına görə, Rusiyanın Şeremetyevo hava limanındakı ən böyük rüsumsuz mağazalar operatoruna aid “Duty free” obyektləri azərbaycanlı iş adamı Araz Mehdiyevdən alınıb. Avqustun 25-dən etibarən bu mağazalar Vitali Bavin adlı şəxsin adına keçib.

A.Mehdiyev haqqında rəsmi mənbələrdə çox az məlumat var. O, Rusiyanın ən böyük kirayəçisi olan “Kiyevski Ploşad” qrupunun bir sıra layihələrində keçmiş tərəfdaş kimi qeyd olunub. Ən əsası isə A.Mehdiyev İlham Rəhimovun kürəkənidir. Bunu Rəhimovun özü də müsahibələrinin birində təsdiqləyib və qeyd edib ki, biznesinin böyük hissəsini ona dövr edib.

Belə olan halda, Şeremetyevodakı mağazaların A.Mehdiyevin deyil, İ.Rəhimovun əlindən çıxdığı qənaəti yaranır. Mağazaların Bavin adlı şəxsə ötürülməsinin formal xarakterli gediş olduğu, yoxsa həqiqətən Rəhimovdan alındığı sualı isə açıq qalır.(AzPolitika.info)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin Avropa ilə müharibə ilə bağlı sərt açıqlamalar verib və Ukraynanı dənizdən kəsməklə hədələyib.

redaktor

Netanyahu Trampı Nobel sülh mükafatına namizəd göstərdi

redaktor

Mingəçevir su anbarında çimməyə kim icazə verib? – RƏSMİ AÇIQLAMA

redaktor