28 C
Bakı
27 Avqust 2025 14:21
CəmiyyətTexnologiya

Yerdəkinə gücü çatmır, göydəkindən hesabat tələb olunur.

“Starlink Azerbaijan” hələ “bismillah” deməmiş, İKTA artıq hesabat istəyir 🙂

Sektorun tənzimləyici qurumu – İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Starlink Azerbaijan” MMC-dən hesabat tələb edib. Qurum bu barədə rəsmi açıqlama yayıb.

Doğrusu, məəttəl qalıram.

Oradakı dostlarımız da tez-tez deyinirlər ki, niyə bizdən çox yazırsan? Son zamanlar bu tənzimləyici qurum yalnız sektorun ictimaiyyətini təəccübləndirməyə üstünlük verir. Biz də məcbur olub bu halları gündəmə gətirməli oluruq.

“Starlink Azerbaijan” hələ bazara yeni daxil olub, necə deyərlər, hələ “bismillah” deməyib. Belə bir vaxtda qurum rəhbərliyi ilə keçirilən görüşün əsas mövzusunu məhz bu hesabat məsələsi kimi təqdim etmək doğrudanmı məqsədəuyğundur?

Ortada bu qədər ciddi tənzimləmə problemi durarkən, 40 ildir fəaliyyət göstərən nəhəng dövlət provayderi Aztelekom-dan hesabat tələb etmək İKTA-nın yadına düşmür.

Saytlarına baxanda bu dövlət şirkətinin 2022-ci ildən sonrakı dövr üçün heç maliyyə hesabatı da gözə dəymir.

Ayda, təkrar edirəm hər ay 75 milyon manat gəlir əldə edən bu qurumdan bölgələrdə internetin qiymətində alternativ seçim yaratmaq tələb edilmir, heç olmasa, buna dair bir xahiş belə edilmir.

Ayda 75 milyon manat qazanan bu dövlət şirkəti kənddə 300 manat sosial müavinət alan vətəndaşın 25 manatına “möhtac” qalıb.

Tənzimləyici qurum da bunu görməzdən gəlir.

Yerdəkinə gücü çatmır, göydəkindən hesabat istəyir. Çox təəssüf edirəm.

Bilmirəm, bəlkə də yay hələ bitməyib deyə, İKTA rəhbərliyi hələ də belə bəsit və mənasız rəsmi açıqlamalara üstünlük verir.

 

Osman Gündüz

Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan jurnalist işinə baxan hakimlərə etiraz edir: “Mənə qarşı qərəzlidilər”

admin

Famil Xəlilova hökm oxundu

redaktor

“Makler” qızın açıq-saçıq geyimi qınandı – VİDEO

redaktor