CəmiyyətDünya

Yeniyetmənin intiharı ardından “OpenAI” “ChatGPT”i yeniləməyi planlaşdırır

“OpenAI” 16 yaşlı yeniyetmənin intiharı ilə bağlı valideynlərin iddiasından sonra “ChatGPT”ni yeniləməyi planlaşdırır.

Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, valideynlərin iddiasına görə, övladları çat-botdan “məşqçi” kimi istifadə edirmiş.

Şirkət istifadəçilərin psixi gərginliyini daha yaxşı tanımaq, intihar mövzularında təhlükəsizlik tədbirlərini gücləndirmək və uşaqların “ChatGPT” istifadəsinə valideyn nəzarəti tətbiq etmək niyyətindədir. İntihar fikirləri bildirən istifadəçilərə peşəkar yardım və təcili dəstək xidmətlərinin əlaqə məlumatları təqdim olunacaq.

“OpenAI” qeyd edir ki, “ChatGPT”də istifadəçiləri təhlükəli hərəkətlərdən çəkindirmək üçün alqoritmlər mövcuddur, lakin uzun müddətli ünsiyyət zamanı cavablar səhv ola bilər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə universitetdə partlayış oldu – Yaralananlar var

admin

ABŞ Ukrayna məsələsində vasitəçilik missiyasını başa çatdırdığını elan edib.

admin

Rusiyada nüvə raketinin sınağı uğursuz olub – KİV

redaktor