Azərbaycan Respublikasına geo-siyasi üstünlüyü verən səbəblərdən biri də Xəzər dənizdir.
Ölkəmiz Asiya dövlətləri ilə Avropa arasında böyük nəqliyyat mərkəzinə, böyük nəqliyyat yoluna çevrilə bilər.
Azərbaycan Rusiyadan yan keçən marşrutlar üzərindədir.
Bu, Rusiyanın təsirindən qurtulmağa bəs edir.
Ölkəmiz Şərqlə Qərbi özündə birləşdirən mərkəzdir. Azərbaycan Şərqlə Qərbin bitişdiyi yerdir.
Yəni bu iki qitənin sərhədlərinin qarışdığı yerdir.
Ölkəmizin bu üstünlüyündən ailə hakimiyyətinin xəbəri varmı?
Xəbəri varsa xalq olaraq acınacaqlı həyat niyə yaşamalıyıq?
Rusiyanın bütün fəaliyyəti Azərbaycanı özününküləşdirməyə hesablanıb. Rusiyanın dünən də, bu gün də idarə etdiyi Ermənistan-Azərbaycan münaqişəsi sonda ölkəmizin ağ ayının bağırsaqlarından keçməsinə hesablanmış münaqişəydi.
Rusiya bu müharibəni uzatmaqla Azərbaycanı Şərqlə Qərb arasında mərkəzə çevrilməsini ləngidirdi, ta ki yeni bir imperiya quracağına özündə əminlik hiss edəcəyinə qədər.
Bu münaqişənin bu gün də Rusiya bitməsinə imkan vermir.
Rusiya Şərqin və Qərbin qovşağı olan Azərbaycanı içinə udmaq istəyir.
Ukrayna yenilsəydi, Azərbaycan idarəçiliyi də qələbəyə görə minnətdarlıq əlaməti olaraq ölkəmizi Rusiyaya bağışlayacaqdı.
Hərbi-feodal Rusiyası bu gün də imperiyadan qopmuş ölkələrin müstəqillikləri ilə barışmır.
Ukrayna xalqı Rusiyanın yeni bir imperiya qurmaq planlarını Kiyevdə dəfn etdi.
Sağ ol, Ukrayna!
Sağ ol, Ukrayna!
Sağ ol, Ukrayna!
1-ci Pyotrdan ta bu günə qədər rus xalqı müharibələr qurbanıdır. Baxın, tarix üçün çox yaxın olan bu dövrdə fransıza, yapona, finə, almana qalib gələn Rusiya adlarını çəkdiyim xalqlardan çox, çox, çox pis yaşayır.
Rusiyanın qələbələri budur?
Təəssüf ki, ölkəmiz Moskva üçün hələ də ölkə yox, qənimət anlamındadır.
Sabahımız üçün Rusiyanı güc olaraq Azərbaycanda qəbul etməməliyik.
Rusiya ayaq açdığı ölkələrə feodalizmi qaytarır.
Xalq olaraq uğurumuz feodal Rusiyanı fərq etməməyimizdən kecir.
BTC-nin, Bakı-Supsanın Rusiyadan yan keçməsi bəs eləmir.
Ailə hakimiyyəti də siyasi baxımdan fəaliyyətində Rusiyadan boru kəmərləri kimi yan keçməlidir(bunun üçünsə siyasi sistem yenilənməlidir).
Bir nəfərə xatir Azərbaycan Respublikasını böyük sabahından məhrum etmək olmaz!
Azərbaycan ölkə olaraq Xəzər dənizi, Aralıq dənizi və Qara dəniz üçün tranzit körpü rolunu oynayır.
Ölkə olaraq üstünlüklərimiz bizim bədbəxtliyimiz yox, xoşbəxtliyimiz olmalıdır.
Yetər ki, ölkədə təfəkkürlü idarəçilik formalaşsın, yerər ki, ölkədə qohum-əqrəba hakimiyyəti olmasın.
Azərbaycan Şimalla Cənubun da kəsişdiyi, özünə birləşdirdiyi bir məkandır, üstəgəl də yeraltı və yer üstü sərvətlərimiz də var, eləcə də iqlim üstünlüyümüz də var.
Adamın az qalır sevincdən ürəyi gedə!
Yaxşı yaşaya bilməməyimizin səbəbi indiki idarəçilikdir, indiki idarəçilikdir, indiki idarəçilikdir!
İndiki idarəçiliyin bəzən açıq, bəzən gizli şəkildə Rusiyanın maraqlarına sitayişi bizi gücdən, qüvvədən salır, bizə uğursuzluq gətirir.
Bu hakimiyyət həmişə sonda Rusiyanın çətirinin altına qaçıb.
Müstəqilliyimiz bu idarəçiliyin qurbanına çevrilməməlidir!
Azərbaycan xalqı 70-ci illərin acımasız dövrünü bu dövrdə də təkrar yaşamamalıydı.
Ölkəmiz bu gün dünyanın yaxşı yaşayan ilk 20 ölkəsi sırasında olmalıydı.
Lakin, bu, hələ də mumkün deyil.
Səbəbi bəlli!