Putinin bəzi hücum planları özünü doğrultmayıb: Pokrovsk şəhərini almaq mümkün olmayıb. 3 həftəlik səylərdən sonra rus hərbi dəstələri məhv edilib və əsir götürülüb.
Putinin Çerniqovsk, Sum və Xarkov vilayətlərində 600 km-lik bufer zona yaratmaq cəhdləri də boşa çıxıb.
Xerson, Zaporojye vilayətlərində 1 mm belə irəliləyiş olmayıb.
3 ay ərzində dağıdılan yalnız infrastruktur olub. Rus barbarlar dinc sakinləri və mülki obyektləri hədəfə alıblar. Bu isə artıq müharibə deyil, namərdlik, vəhşilik və terrordur.
Kiyev isə Rusiyanın hərbi və enerji obyektlərini iflic halına salır, gücünün 17%-ni dəf edib!
Pua və dronlar Rusiyanın 10 neft emalı zavodunu sıradan çıxarıb. Bu zavodlar Rusiya büdcəsinin 1/4 hissəsini təmin edirdi. Nəticədə yanacağın topdansatış qiymətləri 40-50% bahalaşıb. Bir sıra regionlarda isə benzin qıtlığı yaranıb, azs-lər bağlanır.
Neft kəmərlərini ard-arda zədələyir.
Rusiyanın Baltik və Qara dənizlər vasitəsilə qazandığı neft gəlirləri bir həftə ərzində 30% azalıb. Aİ-nın sanksiyaları ucbatından Putin itirdiyi milyardları yanacaq obyektlərinin bərpasına yönəldə və hərb maşınını maliyyələşdirə bilmir.
Ukrayna isə hərb sənayesini günbəgün artırır: ayda 5000 dron, uzaqmənzilli raketlərin istehsalı və 800000-lik ordu!
Bu proseslər finala qədər olduğu kimi davam edəcək.
Belə bir tabloda sual yaranır:
Rusiyanın qalib gəlməməsi başqa necə olur ki?
Ukraynanın məğlub olmaması başqa necə olur ki?