DünyaSiyasət

Netanyahu qondarma “erməni soyqırımı”nı tanıdığını bəyan edib

Baş nazir Benyamin Netanyahu ilk dəfə olaraq 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasının ermənilərə, assurlara və yunanlara qarşı törətdiyi iddia edilən qondarma “erməni soyqırımı”nı tanıdığını bildirib.

Bu barədə “Times of Israel” məlumat yayıb.

Patrick Bet-David-in podkastında İsrailin niyə “erməni soyqırımını” tanımadığını soruşduqda Netanyahu belə cavab verib:

“Düşünürəm ki, onlar bunu ediblər. Görünür, Knesset bu məsələ ilə bağlı qərar qəbul edib.” Lakin hələlik bununla bağlı qanun yoxdur.

Niyə heç bir İsrail baş nazirinin soyqırımı tanımadığı sualına Netanyahu belə cavab verib: “Mən sadəcə etdim. Bu qədərdir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp – sistem toqquşması başlayıb.

admin

Kadırovun düşməni Tumso Abduraxmanov ölməyib?- İsveçdən ziddiyyətli xəbərlər

admin

Trampın səbri tükəndi

redaktor