CəmiyyətSiyasət

Gələcəyi düşünərkən…

Bizim hədəflərimiz

1. Rusiyanı Azərbaycandan çıxartmaq

2. Rusiyanı Ermənistandan çıxartmaq

3. Rusiyanı güney Qafqazdan çıxartmaq

4. Rusiyanı quzey Qafqazdan çıxartmaq

5. M.Ə.Rəsulzadənin Qafqaz Evi ideyasını gündəmə gətirmək, Qafqaz Evi strateji birliyini qurmaq, Qafqazda sülh və sabitlik içində yaşamağa nail olmaq.

6. Rusiya Qafqazdan çəkildikcə Türkmənçay sərhədləri ortadan qalxacaqdır. Bütün mənalarda Türkmənçay andlaşmasının doğurduğu nəticələr ləğv ediləcəkdir.

7. Qafqaz xalqlarının “Azad Qafqaz” hərəkatı yaradılmalıdır, Qafqaz xalqlarının ittifaqı qurulmalıdır. Qafqaz xalqları birləşib Rusiyani Qafqazdan çıxartmalıdır.

Rusiya Qafqazda Türklərə, çeçenlərə, çərkəzlərə, ləzgilərə, gürcülərə, adığeylərə, kumuk türklərinə divan tutmuşdur, qan tökmüşdür.

Qafqaz Xalqları hər zaman Rusiyaya qarşı savaşmışdır. Bu mübarizədə Uşurma bin Mansur, Şeyx Şamil, Cövher Dudayev, Cavad Xan, M.Ə.Rəsulzadə kimi liderlər yetişmişdir.

Türkiyə və Azərbaycan siyasəti elə qurulmalıdır ki, Rusiya Xəzərdən və Qara dənizdən çıxarılsın.

Krim da Ukrayna torpağı deyil, Türk torpağıdir. Krımda Türk dövləti qurulmalıdır.

Xəzər və Qaradəniz də Türk dənizləridir. Bu iki dənizi Türk dənizinə çevirmək stratejisi izlənilməlidir.

Rəsulzadə yazir ki, Rusiyanın etnoqrafik cografiyası Moskva və ətrafıdır. Rusiya öz etnoqrafik coğrafiyasına çəkilməlidir!

 

Yasəmən Qaraqoyunlu

Tacxeber.com

Oxşar xəbərlər

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı

redaktor

Bakıda özəl obyekt sahibindən xəbərsiz sökülüb? – Video

admin

Diaspora lideri Bəxtiyar Həsənov Rusiya vətəndaşlığından çıxarılıb

redaktor