28 C
Bakı
26 Avqust 2025 11:44
CəmiyyətSağlamlıq

Süni intellekt pəhrizləri həyatınızı riskə atır – XƏBƏRDARLIQ

“Fərdi müayinənin yerini heç nə verə bilməz”.

Tacxeber.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, türkiyəli endokrinologiya və metabolik xəstəliklər mütəxəssisi, professor Ela Temeloğlu deyib. Onun sözlərinə görə, süni zəkadan soruşaraq müalicə və ya pəhriz etmək doğru yanaşma deyil:

“Çünki süni intellekt sizi görmür. O, yalnız daxil etdiyiniz məlumatlar üzərində işləyir və ya əlavə suallar verir. Həddindən artıq məlumat daxil etdiyiniz zaman çox əhatəli cavablar yaranır və insan ən vacib olanları seçməkdə çətinlik çəkə bilər.

Xəstə ilə danışmaq diaqnozun yarısını təmin edir. Əvvəlcə siz suallar verirsiniz, onların cavablarını dinləyirsiniz. Sonra onları yoxlayır və yenidən danışırsınız. Əvvəlki dərmanlar, keçmiş xəstəliklər və ailə tarixçəsi qiymətləndirməyə daxildir. Sadəcə olaraq, məlumatların cihaza yüklənməsi ilə diaqnoz qoymaq hazırda mümkün deyil”.

Dr. Temeloğlu vurğulayıb ki, dietoloqlar xəstənin məlumatlarına əsaslanaraq fərdi bir proqram hazırlayır:

“Pəhrizin məqsədi fərdiləşdirməkdir; əks halda belə bir sahə olmazdı. Görünür, bu, yaxın gələcəkdə ciddi problemə çevrilə bilər”.
həkim deyib ki, xəstələr şikayətlərini snüi intellektə yazır, sonra cavablaı da götürüb həkimə üraciət edirlər:

“Deyirlər ki, “doktor, süni intellekt bunları məsləhət gördü, bu qan analizlərini götürə bilərsinizmi?” İncələdiyim zaman süni intellektin çoxlu, amma lazımsız testlər təklif etdiyini görürəm”.

Mütəxəssis insanların süni intellektlə sağlamlıqlarını təhlükəyə atdıqlarını deyib:

“Məsələn, diabet xəstəsi olduğunu bilmir, amma “AI, mənə 1200 kalorili pəhriz yaz” deyir.
Eynilə, yüksək xolesterolunuz varsa, sizə tam proteinli bir pəhriz verilə və ya yüksək trigliserid səviyyəniz varsa, çoxlu qoz-fındıq təklif edilə bilər. Bu, təhlükəlidir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Heydərovlar Londondakı şirkətlərini bağlayırlar. Səbəb nədir ?

admin

İranlı alverçi Masallıda yoxa çıxıb.

admin

Çinar yarpağının bu faydalarını heç bilirdiniz?

redaktor