19 C
Bakı
10 Oktyabr 2025 21:34
CəmiyyətSiyasət

Yenə müharibə ritorikası atıldı ortalığa.

Bu xanım illər öncə o sülh quşunu çoxdan boğdu, öldürdü.

Bu iqtidar nə qədər hakimiyyətdə olacaqsa, kimləsə yekun sülh müqaviləsi bağlamayacaq.

İki əsas səbəbə görə:

1. Bu tip rejimlər müharibələrlə, qarşıdurmalarla, xalqı bir problem ətrafında səfərbər etməklə, başını qatmaq üçün düşmən obrazına ehtiyac duyurlar.

Müharibə qorxusu yaratmadan necə idarə etmək olar?

2. Rusiya da sülh istəmir. Cənubi Qafqazı başqa heç bir şəkildə öz təsiri altında saxlaya bilmədiyi üçün münaqişə ritorikası heç vaxt kökdən düşməmlidir.

Avqustun 8-də imzalanan adi, boş sənəd də Putin və Trampın cari dostluğunun bir nümunəsi idi. Niyə həmin sənədə oxşar sənəd Baydenin zamanında imzalanmadı?!

Yenidən Rusiya ilə dostluq nəğmələri baş qaldırıb. “Biz hər an müharibəyə hazır olmalıyıq” bəyanatları verilir.

İmkan vürəydiniz, imza atdığınız sənədin mürəkkəbi quruyardı heç olmasa.

Bütün bunlar ona görədir ki, 75% əhalisi aylıq 1-600 manatla zorla həyatda qalan Azərbaycan xalqı talanan milyardlarının hesabatını istəmək üçün özünə gəlməsin. Əbədi hakimiyyət təmin olunsun.

Tək və yeganə səbəb budur.

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Qızının 18+ videosunu yayan oğlanı lüt soyundurub, döyüb öldürdü – FOTO

admin

Ölkə üçün fürsətləri qaçıran hökumət modeli.

admin

ABŞ yenə Ukraynanı satır?..

admin