15 C
Bakı
22 Aprel 2026 22:01
DünyaHadisə

Rus idmançı Bosfor boğazını keçərkən yoxa çıxdı

29 yaşlı rusiyalı idmançı Nikolay Sveçnikov avqustun 24-də qitələrarası üzgüçülük yarışında Bosfor boğazını keçərkən yoxa çıxıb.

Üç min iştirakçı arasında finiş xəttinə qayıtmayan yeganə şəxs o olub.

Hər il keçirilən üzgüçülük müsabiqəsi Türkiyə Milli Olimpiya Komitəsi tərəfindən təşkil olunur və 37-ci dəfədir ki, 81 ölkədən üzgüçüləri bir araya gətirir.

Sveçnikov üzgüçülük üzrə idman ustası, üzgüçülük məktəbinin əsasını qoyan moskvalıdır.

O, avqustun 23-də İstanbula gəlib. İstanbul polisi Sveçnikovun tapılması üçün axtarış-xilasetmə işlərini davam etdirir. (Lent.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Baş Prokurorluq Ermənistanla sərhəddə baş verən təxribat barədə məlumat yaydı

redaktor

Paşinyan: “Məhkəmə Azərbaycanla sülhü təsdiqləməsə, konstitusiyanı dəyişəcəyəm”

redaktor

Fridrix Mers: “Ukrayna artıq özü özünü silahlandıracaq gücdədir”

redaktor