CəmiyyətGündəmTəhsil

Qaxda xadimə işləyən 37 yaşlı qadın tələbə adını qazandı

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

Valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

O, “Baku TV”-yə bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.

Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub.

O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib.

Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

B12 vitamini çatışmadıqda nə baş verir? – B12 ilə zəngin qidalar…

redaktor

Bu dərman insanları riskə sövq edirmiş – Azərbaycanda da satılır

redaktor

Prezident özünə yeni köməkçi təyin etdi

admin