CəmiyyətGündəmTəhsil

Qaxda xadimə işləyən 37 yaşlı qadın tələbə adını qazandı

Qax rayon Ləkit kənd sakini 37 yaşlı Esmira Ramazanova orta məktəbi bitirməsindən 20 il keçməsinə baxmayaraq, ali məktəblərə qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb.

Valideynlərini vaxtsız itirdiyi üçün ali təhsil ala bilməyən Esmira Ramazanova illər sonra bu arzusunu gerçəkləşdirib.

O, “Baku TV”-yə bildirib ki, rayonda xadimə işləyə-işləyə ali məktəblərə qəbul imtahanına hazırlaşıb.

Öz əzmi nəticəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrar mühəndislik ixtisasına qəbul olub.

O, böyük övladının 3-cü kurs tələbəsi olduğunu söyləyib.

Bildirib ki, ali məktəbə hazırlaşmağa övladları da ona dəstək olub.

 

Tacxeber.com

Oxşar xəbərlər

İmran Xanın etirazını izləyən jurnalist TIR-ın altında qaldı

redaktor

Prokuror “Kanal 11”in direktoruna 9 il cəza istədi.

admin

Trendə düşmək eşqi: uşaqlara vurulan dərin zərbə – VİDEO

redaktor