21 C
Bakı
11 Oktyabr 2025 13:29
DünyaSiyasət

Jurnalistlərin suallarına cavabında Trampın maraqlı açıqlamaları.

Tramp jurnalistlərin suallarını cavablandırıb. Diqqətçəkən açıqlamalar var:

Müharibə nazirliyi Müdafiə nazirliyindən daha yaxşı səslənir. Mən yalnız müdafiə olunmağı istəmirəm. Mən hücuma keçməyi də istəyirəm.

Avropa Ukraynanın təhlükəsizlik zəmanətini əsaslı şəkildə təmin edəcək. Bizsə ehtiyat kömək qismində iştirak edəcəyik.

Bəli, mən Putinlə danışmışam. Hər dəfə danışıqlarımız yaxşı keçib. Amma sonra təəssüf ki, ya Kiyev, ya da başqa yer bombalanır. Bu isə məni çox qəzəbləndirir.

PS. Hücumu Tramp ikinci dəfədir dilə gətirir. Onun müavini Cey di Vens isə deyir ki, güzəştlərlə bağlı son qərarı Ukrayna verəcək.

Ukrayna bir neçə gündür ki, uçuş məsafəsi 1000 km olan “Uzaq Neptun” və uçuş məsafəsi 3000 km, döyüş gücü 1150 kq olan “Flaminqo” raketlərini sınaqdan keçirir.

Görünür, Putini masaya oturtmağın çıxış yolu kimi müharibəni müdafiə xarakterindən çıxarıb Rusiyanın içinə doğru hücum xarakterinə keçirmək nəzərdən keçirilməyə başlanıb.

Trampa bu lənətə gəlmiş müharibəni axı necəsə dayandırmaq lazımdır.

 

Arzu Qazıyeva

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada bu gün işindən qovulan nazir evində intihar edib

redaktor

Marseldə avtosalondan onlarla avtomobil oğurlandı.

admin

Gürcüstan prezidenti Saakaşvilini əfv etməyə hazırlaşır: Siyasi ittifaqın nəticəsi

admin