DünyaSiyasət

İranlı deputatdan SENSASİON AÇIQLAMA – “Rusiya hərbi məlumatlarımızı İsrailə ötürüb”

“Rusiya İsrailə İranın müdafiə mərkəzləri barədə məlumat verib”.

Tacxeber.com “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədr bildirib.

Onun sözlərinə görə, Rusiyanın İsrailə İranın müdafiə obyektlərinin dəqiq mövqeləri haqqında məlumatları ötürməsi “strateji müttəfiqlik” anlayışının dəyərsiz olduğunu göstərir.

Sədr qeyd edib ki, Rusiyanın İsrailə qarşı xüsusi maraqları var və bunu ölkədə yaşayan bir neçə milyon rus yəhudisi ilə əsaslandırırlar.

Millət vəkili bildirib ki, Rusiya İsrailin yaradılmasını BMT-də ilk tanıyan ölkələrdən biridir.

Sədr həmçinin Rusiyanın S-400 raket sistemlərinin hələ də İrana göndərilmədiyini xatırladıb. O, Rusiyaya tam etibar etməyin doğru olmadığını və İranın qonşusu olsa da, Moskva ilə ehtiyatla davranmalı olduğunu deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Tanınmış güneyli fəal və hüquqşünas həbs edildi

redaktor

Eynşteynin Atatürkə məktubu: 40-dan çox yəhudi alimi necə xilas edildi?

redaktor

Miroslav Kloze Mahir Emrelidən narazıdır

admin