Norveç hökuməti bu gün bildirib ki, Ukraynaya təxminən 7 milyard Norveç kronu (696 milyon dollar) dəyərində hava hücumundan müdafiə sistemləri tədarük edəcək, Reuters xəbər verir.
“Almaniya ilə birlikdə biz Ukraynanın effektiv hava hücumundan müdafiə sistemləri almasını təmin edəcəyik”, – Norveçin baş naziri Jonas Gahr Store açıqlamasında bildirib.
“Almaniya və Norveç Ukraynanın özünü müdafiə səylərində və mülki əhalini Rusiyanın hava hücumlarından qorumaq cəhdlərində dəstəkləmək üçün sıx əməkdaşlıq edir”, o əlavə edib.
Norveç və Almaniya Kiyevə iki Patriot sisteminin, o cümlədən onlar üçün raketlərin çatdırılmasını maliyyələşdirir. Norveç Almaniyanın “Hensoldt” şirkətinin istehsalı olan hava hücumundan müdafiə radarının, həmçinin “Köngsberg” şirkətinin hava hücumundan müdafiə sistemlərinin çatdırılmasında da iştirak edir.