32 C
Bakı
24 Avqust 2025 17:33
CəmiyyətDünya

“Hər elana inanmayın!” –Dövlət Agentliyindən xaricdə oxumaq istəyənlərə xəbərdarlıq

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi abituriyentlərə və onların valideynlərinə müraciət edib.

Müraciətdə deyilir:

“Hörmətli abituriyentlər və valideynlər,

Ali təhsil müəssisələrinə qəbul nəticələri hər kəsin gözləntilərinə tam uyğun gəlməyə bilər. Bəziləriniz tələbə adını qazanmağın sevincini yaşayır, digərləri isə hələ bu arzusuna nail olmayıb. Lakin hər iki halda vacib olan gələcəyə ümidlə baxmaq, düzgün qərarlar vermək və məqsədyönlü şəkildə irəliləməkdir.

Təhsil və peşə seçimi həyatın ən mühüm qərarlarından biridir. Gənclərimiz orta ixtisas və ya peşə təhsilinə yönələ, həmçinin qəbul imtahanlarına növbəti ildə daha ciddi hazırlaşaraq istədikləri nəticəni əldə edə bilərlər.

Xaricdə təhsil imkanlarını nəzərdən keçirərkən isə bir sıra mühüm məqamlara diqqət yetirmək zəruridir. Ən vacib məqam hər bir elana inanmamaq və asan yollara əl atmamaqdır. Bu məsələyə etinasız və tələsik yanaşmaq gələcəkdə diplomun tanınmaması, təhsilin yarımçıq qalması və digər ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən seçiləcək ali məktəbin akkreditasiyası, diplomun ölkəmizdə tanınması, həmçinin təhsil və yaşayış xərclərinin ailə büdcəsinə uyğunluğu əsas meyar kimi nəzərə alınmalıdır.

Unutmayın ki, bu gün qəbul etdiyiniz qərarlar sabahınızın uğurunu müəyyənləşdirir”.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Qəbələ”nin taleyi necə olacaq? – Klub rəsmisi həyəcan təbili çaldı

admin

Deputat: “Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onda külli miqdarda vəsait aşkarlanır”

redaktor

Tanınmış rusiyalı aktyor Ukrayna uğrunda döyüşməyə hazır olduğunu bəyan etdi

redaktor