30 C
Bakı
24 Avqust 2025 18:42
DünyaSiyasət

Elçibəylə Ərdoğan bir masada – MARAQLI FOTOnun tarixçəsi

Azərbaycan milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəylə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir masa arxasında fotosu üzə çıxıb.

Tacxeber.comxəbər verir ki, bu fotonun çəkilməsi 2000-ci ilin yazına təsadüf edir.

Ə.Elçibəy səhhətində yaranmış problemlərlə bağlı 2000-ci ilin aprel ayında Türkiyəyə səfər edir. MHP-çi millət vəkillərinin dəvəti və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı Elçibəy həkim müayinələri ilə yanaşı, müxtəlif tədbirlərə də qatılır. Belə tədbirlərdən birində, axşam yeməyində, Türk siyasətinin aktiv simalarından birinə çevirilmiş Rəcəb Tayyib Ərdoğan da iştirak edir. Onlar görüşürlər və bir masada yer alırlar.

Həmin axşamda Elçibəyin Ərdoğanla birgə əks olunmuş digər fotosunda isə Türkiyənin ünlü aktyoru Kadir İnanır da görünür.

Xatırladaq ki, Ərdoğan ilk dəfə Elçibəylə 1992-ci ildə – Nəcməddin Ərbakanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Bakıya səfəri zamanı görüşüb.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem

admin

İki dəfə insult keçirmiş siyasi məhbusa həbsxanada təzyiq edilir.

admin

Kraliça Yeni il çıxışında taxtdan imtina etdi

redaktor