32 C
Bakı
24 Avqust 2025 16:03
DünyaGündəmSiyasət

Dərbənd Azərbaycandır: Ukraynanın zəfəri ilə Rusiyanın imperiya mifləri dağılıb, parçalanma labüddür.

Rusiyanın Ukraynaya qarşı cinayətkar müharibəyə başlamasının 3.5 ili tamam oldu.

Rusiya orduları Putinin cinayətkar əmri ilə Ukraynaya qarşı geniş müdaxiləyə başladığı 24 fevral 2022-ci ildə heç kim mühribənin bu qədər davam edə biləcəyini təsəvvür etmirdi. Bir çoxları Rusiyanın 72 və ya 96 saat ərzində Ukraynanı işğal edə biləcəyini düşünür, bunu ifadə etməkdən çəkinmirdi. Ötən 42 ay belə düşünənlərin nə qədər böyük səhv elədiyini üzə çıxardı.

Etiraf edim ki, mən də səhv elədim. Müharibənin bu qədər davam edə biləcəyini düşünmürdüm.

Ukraynanın heç bir zaman təslim olmayacağına əmin idim. Ancaq düşünürdüm ki,Rusiyanın hərbi-siyasi və biznes elitası fəlakətli müharibənin uzun müddət davam etdirilməsinə imkan vermyəcək və Putinin “şayka”sını devirəcək.

Ötən 42 ay Rusiyanın hərbi-siyasi və biznes elitası haqqında təsəvvürlərimin yanlış olduğunu üzə çıxardı. Məlum oldu ki, Rusiyanın son 300 illik tarixində bu qədər cılız hərbi-siyasi elita olmayıb. Buna görə əminliklə deyə bilərik Putinin hərbi və inzibati terror üzərində bərqərar olmuş hakimiyyəti çökən kimi Rusiya dərhal dağılmağa başlayacaq.

Putinin fəlakətli müharibəsini dayandırmağa gücü çatmayan cılız elita Rusiyanı qoruyub saxlaya bilməz. Rusiya hökmən dağılacaq və Dərbənd başda olmaqla Şimal torpaqlarımızın 200 illik işğalı başa çatacaq.
Rusiyanın 300 illik imperiya siyasətinə ölümcül zərbə vuran qəhrəman Ukrayna xalqına və Ukrayna Silahlı Qüvvələrinə eşq olsun!

Сла́ва Украи́не! Геро́ям сла́ва!
Dərbənd Azərbaycandır!

 

Xaqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ-də icma quran 100 qadından biri – Lənkəranlı Aytəkinin həyat yolu – MÜSAHİBƏ

admin

“Elza Seyidcahan Nəsiminin şeirini imzasız paylaşmışdı, millət ağzına gələni yazdı…”

redaktor

Navalnı ölümündən sonra bu mükafata layiq görüldü

redaktor