29 C
Bakı
24 Avqust 2025 11:10
DünyaGündəmSiyasət

Avtoritar rejimlərin uzunömürlülük sirri nədədir?

Bəs bu tip rejimlər uzunömürlülüyü necə əldə edirlər və bu “ömür” əbədidirmi?

Oppurtinstlərin hiylərərini de-şifrə edirik.

Dünya siyasətində son 200-250 ildir ki, azadlıq və demokratiya ideyası bəşəriyyətin ən böyük arzusu hesab edilir. Çünki insan haqqlarının, insan rifahının, fərdi və cəmiyyət maraqlarının və azadlıqlarının yeganə təminatçısı məhz bu siyasi rejimlər hesab olunurlar. Ancaq paradoks ondadır ki, tarix boyu və bu gün də milyonlarla insan avtoritar rejimlərin idarə etdiyi cəmiyyətlərdə yaşamağa məhkumdurlar. Bu rejimlər bəzən onilliklərlə hakimiyyət başında qalır, dəyişməz görünür və hətta bəzi hallarda xalqların müəyyən hissəsi tərəfindən dəstəklənirlər də. Bəs onların uzunömürlülük sirri nədədir?

Gəlin, bir-bir bu sirrləri sizinlə bölüşək.

1. Qorxu və nəzarət mexanizmi

Avtoritar rejimlərin ən mühüm dayağı qorxudur. Qorxu olmasa, ən azından sosial-iqtisadi problemlər üzündən insanlar bir günə bütün küçə və prospektləri insan seli ilə doldurarlar. Güclü polis aparatı, ordunun siyasi hakimiyyətə bağlılığı və xüsusi xidmət orqanlarının geniş səlahiyyətləri cəmiyyətdə daimi nəzarət mühiti yaradır. Siyasi müxalifət sıradan çıxarılır, ictimai fəallar təqib edilir, azad media susdurulur, vətəndaş cəmiyyətinin fəaliyyəti müxtəlif yollarla bloklanır. Bu atmosferdə insanlar çox vaxt susmağa, siyasətdən uzaq durmağa üstünlük verirlər. Beləliklə, hakimiyyətin davamlılığı təmin olunur.

2. Propaganda və ideologiya

Qorxu ilə yanaşı, təbliğat və propaganda, beyin yuma mexanizmləri də avtoritar sistemlərin “ömür uzadan” silahıdır. Dövlət televiziyası, qəzetlər, sosial şəbəkələrdə nəzarət edilən səhifələr hakimiyyətin ideologiyasını daim təkrarlayır: “Biz olmasaq, ölkə dağılacaq”, “Xarici düşmənlər müstəqilliyimizi əlimizdən almaq istəyir”, “Güclü lider ölkənin yeganə xilaskarıdır”, Biz daim silahlammalıyıq” və s. Bu ritorika cəmiyyətin müəyyən hissəsində hakimiyyətə qarşı süni loyal münasibət yaradır. İnsanlar sabitlik uğruna azadlıqdan imtina etməyə məcbur edilirlər. Necəki, son dövrlər yeni qrup meydana çıxəb ki, əsas sabitlik, müstəqillik, suverenlikdir, azadlıq, demokratiya boş şeydir.

3. İqtisadi faktorlar

Avtoritar rejimlərin uzunömürlü olmasında iqtisadiyyatın da rolu böyükdür. Neft, qaz və digər təbii resurslarla zəngin olan ölkələrdə hakimiyyət cəmiyyətin bir hissəsini sosial güzəştlərlə, “səxavət donu geyinərək” ehtiyac içində saxladığı bəzi insanları “xilas etməklə”, ianə və sədəqələrlə özünə bağlaya bilir. “Ehtiyac içində saxla, sonra xilaskar ol” prinsipi. Müəyyən Dövlət büdcəsi hesabına iş yerləri, subsidiyalar, müxtəlif imtiyazlar kiçik layihələr yaradılır və bu, insanlar arasında müvəqqəti məmnunluq yaradır. Məsələn, jurnalistlərə ev, hansısa tanınmış şəxsin müalicə xərclərini öz üzərinə götürmək, yapışqan QHT-lərə maliyyə dəstəyi və s. Həmçinin bəzi beynəlxalq layihələrə dəstək verməklə öz avtoritar imicini humanizm imicinə dəyişmək cəhdləri də, bu tip rejimlərin istifadə etdiyi əsas hiylələrdəndir. Hansısa ölkədə məktəb tikmək, kilsə təmir etmək, tələblərin təhsil haqqını ödəmək, zəlzələ olan ərazilərdə yaşayış məhəllələri salmaq və s.

4. Xarici regional və qlobal güclərin dəstəyi

Uzunömürlülük məsələsində çox zaman beynəlxalq aləmdə böyük güclərin maraqları da mühüm rol oynayır. Qərb və ya Şərq dövlətləri öz strateji məqsədlərinə uyğun olaraq avtoritar rejimlərlə əməkdaşlıq edir, nəticədə həmin rejimlər legitimlik qazanır və ömürlərini uzadırlar. Məsələn, hansısa rejional yaxud qlobal güc enerji məslələrinə görə, yaxud qlobal kommunikasiya layihələrinin icrasını mümkün etmək maraqlarına görə bu tip rejimlərə yaşıl işıq yandırırlar. Çox təəssüf ki, bəziləri bunu öz ənənəvi dəyərlərinə xilaf çıxmaq yolu ilə edir.

5. Tarixi ənənə və siyasi mədəniyyət

Bəzi ölkələrdə avtoritarizmin davamlılığını izah edən daha dərin bir səbəb var – siyasi mədəniyyət. Tarixi olaraq güclü liderə alışmış, kollektiv düşüncədən çox bir nəfərin qərarlarına tabe olmağa ön görən, belə bir münasibəti üstün tutan cəmiyyətlərdə avtoritarizm sosial legitimlik hüququ qazanır. İnsanların bir qismi hesab edir ki, “demokratiya xaos gətirəcək”, “xalq hələ demokratiyaya hazır deyil”, “Saakaşvili hələ də həbsdədir” və başqa buna oxşar zərərli fikirlərin cəmiyyətdə dövr etdirilməsi və buna görə də güclü liderin hakimiyyətdə qalması ” ən ideal yoldur” düşüncəsini insanların şüuruna yeritmək hiyləsi. Bu psixoloji faktor da rejimin ömrünü uzadan amillərdən biridir.

6. Müasir dövrdə yeni mexanizmlər

XXI əsrin avtoritar rejimləri klassik diktaturalardan fərqləndirən yeni xüsuskar işlənib hazırlanır. Əvvəllər rejimlər sərt qadağalarla işləyirdisə, indi “seçki avtoritarizmi” geniş yayılıb. Seçkilər formal keçirilir, amma nəticələr əvvəlcədən müəyyən edilir ki, filənkəs 92% səslə seçiləcək, çünki onu bütün xalq dəstəkləyir. Maraqlıdır, görəsən, həmin xalq öz səfalətini, onun səsini oğurlayan adamların onun sərvətlərini talamasınıdamı dəstəkləyirlər? Beləcə, hakimiyyət həm daxildə, həm də beynəlxalq müstəvidə özünə legitimlik görüntüsü yaradır. Bundan əlavə, son dövrlərdə rəqəmsal nəzarət sosial şəbəkələrin izlənməsi, telefon danışıqlarının dinlənməsi, süni intellekt texnologiyalarının tətbiqi – rejimlərə cəmiyyət üzərində daha incə, amma effektiv nəzarət imkanı verir.

Bəs bu uzunömürlülük sonsuzdurmu?

Bütün yuxarıda sadaladığımız faktorlar avtoritar rejimlərin ömrünü uzatsa da, tarix göstərir ki, heç tək adam hakimiyyəti əbədi deyil. SSRİ kimi sərt bir imperiya dağılmağa məhkum oldu, Latın Amerikası ölkələrinin əksəriyyəti demokratik sistemlərə keçid etdi, bəzi Afrika rejimləri isə daxili müharibələr nəticəsində çökmək məcburiyyətində qaldı. Elə son illərdə gözlərimiz önündə neçə neft karlı hakimiyyətə vida etdi. Bəşər Əsədin xanədanı yerlə-yeksan oldu. Avtoritarizmin uzunömürlülüyü əslində siyasi uğur yox, cəmiyyətin inkişafının qarşısını kəsən ən böyük əngəl, buxovdur. Onlar zamana qarşı çıxıb, onun çarxını müəyyən qədər sazəxlamağa səy göstərə bilərlər, amma əbıdiyyön onun hərəkətinə mane ola bilməzlər. Sonradan o çarx elə amansız rəftara keçir ki, nəticəsi Qəddafi, Səddam, Çauşesku olur.

Nəticə olaraq bu qənayətə gəlirik ki, müasir dünyada avtoritar idaretmə kursu seçən hakimiyyətlərin ömrü maksimum 30 və ya 40 il arasında dəyişir. Hakimiyyətdən aşırılan diktatorların, tək adam hakimiyyətlərinin tarixini incəlmək bəs edie ki, bizkm bu fikirlər öz təsdiqini tapsın.

Deməli, avtoritar rejimlərin uzunömürlülük sirri- qorxu, təbliğat, iqtisadi nəzarət və beynəlxalq dəstəklə bağlıdır. Amma bu “sirrlərin” əbədi yaşamaq gücü yoxdur. İnsanların azadlıq arzusu, yeni nəsillərin dəyişiklik istəyi, qlobal siyasi müstəvidə baş verən dəyişikliklər və iqtisadi reallıqlar gec-tez bu rejimlərin zəif nöqtələrini üzə çıxarır. İflas qaçılmaz olur.

Əsl sual isə budur: xalqlar bu rejimlərin süqutunu passiv şəkildə gözləməlidirlər, yoxsa dəyişiklik uğrunda bir an belə gözləmədən siyasi mübarizə aparmalıdırlar!?

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Putinin Türkiyəyə səfəri yubadılır – Səbəb nədir?

admin

Aleksey Navalnının həyat yoldaşı barədə həbs qərarı verildi

redaktor

Pakistanda Çin şirkətinin avtomobil karvanı partladıldı

redaktor